Mojo.az Banner
12:35 Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı  |     12:29 Gürcüstanda 13 yaşlı Azərbaycan vətəndaşı əkiz uşaq doğdu: Araşdırma başladı  |     12:26 Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub  |     12:20 Kiyevdə dron hücumu nəticəsində həlak olan azərbaycanlı dəfn edilib  |     12:11 Ər onunla toya getmək istəməyən arvadını döydü - Tərtərdəki hadisənin təfərrüatı  |     11:55 Tanınmış rəqqas arvadına uşağının yanında zorakılıq etdi - Video  |     11:51 Prezidentin köməkçisi: "Azərbaycan müxtəlif tərəflər arasında səssiz diplomatiya və vasitəçilik təmin edir"  |     11:50 Azərbaycan nefti bahalaşdı  |     11:48 Hikmət Hacıyev: "Prezident Tramp sülh prosesinə öz siyasi nüfuzunu qoydu"  |     11:42 Hikmət Hacıyev: "Yekun sülh üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsini gözləyirik"  |     11:37 Hikmət Hacıyev: "Ermənistan gəncləri arasındakı revanşizm bizi narahat edir"  |     11:23 Beyləqanda ağır qəza, ölən var  |     11:21 Toyuq əti də bahalaşdı - Video  |     11:13 Kəlbəcərə sulu qar yağıb - Faktiki hava  |     22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Çirkli əllərdən keçən xəstəliklər

15.10.2021 23:24 1 296
Çirkli əllərdən keçən xəstəliklər
BMT-nin Baş Assambleyasının UNİCEF və Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə qəbul etdikləri qərara əsasən, 2008-ci ildən etibarən hər il oktyabrın 15-i Dünya Əl Yuma Günü kimi qeyd edilir. Həmin günün məqsədi əllərin yuyulmasının sağlamlığa müsbət təsiri haqqında əhalinin məlumatlılığını artırmaqdır.

Median.Az
xəbər verir ki, Dünya Əl Yuma Günü əl yumanın bir vərdiş halına gətirilməsi məqsədilə elan edilib. Əllərin tez-tez yuyulması xəstəlik törədən müxtəlif mikroorqanizmlərin yayılmasının qarşısının alınması üçün ən effektiv vasitədir. Belə ki, bir çox respirator xəstəliklər, virus hepatitləri, bağırsaq infeksiyaları, pnevmoniya, COVID-19 və s. infeksion xəstəliklər çirkli əllər vasitəsilə keçir. Ekspertlərin fikrincə, çirkli əllərdə yüzlərlə milyona qədər mikroorqanizm yaşayır.

Əllərin yuyulması, xüsusilə COVID-19 pandemiyasının davam etdiyi bir dövrdə çox aktualdır. 2 ilə yaxındır ki, bütün dünya koronavirusla mübarizə aparır. Bu mübarizədə insanların başlıca silahı vaksinasiya və sanitar-gigiyenik qaydalara riayət etməkdir. Bunun üçün əllərin tez-tez yuyulması və ya spirtlənməsi vacib şərtdir. Əllərin yuyulması təkcə COVID-19-a deyil, kəskin bağırsaq infeksiyalarına və digər təhlükəli xəstəliklərə qarşı da ən sadə və əlçatan effektiv vasitədir və hər bir insanın şəxsi gigiyenasının tərkib hissəsidir.

Şəxsi gigiyena qaydalarına əməl etməklə bir çox xəstəliklərə qalib gəlmək mümkündür. Statistik məlumatlara görə, əllərin yuyulması diareya xəstəliklərinin səviyyəsinin 40%, respirator infeksiyaların səviyyəsinin 25% azalmasına imkan verir. Yadda saxlamaq lazımdır ki, əlləri nəinki sabunla təmiz yumaq, onları yuduqdan təmiz dəsmal və ya kağız salfetlə silmək də vacibdir. Çünki nəm əllər quru əllərdən daha çox bakteriya və virus ötürə bilir. Əllərinizi tez-tez yumaqla özünüzü və doğmalarınızı təhlükəli xəstəliklərdən qoruya bilərsiniz. /aztibb.azскачать dle 11.3
Mojo.az Banner