Mojo.az Banner
Left Banner
Right Banner

Mexiko hava limanında atışma olub, yaralananlar var

15.10.2021 20:40 789
Mexiko hava limanında atışma olub, yaralananlar var
Meksikanın paytaxtında Mexiko hava limanında sui-qəsd əsnasında atışma baş verib, üç nəfər yaralanıb.

Bu barədə şəhərin ictimai təhlükəsizlik idarəsinin rəisi Ömər Qarsiya öz tviter səhifəsində məlumat verib.

Hadisə hava limanının ikinci terminalının giriş hissəsində baş verib.

Şübhəli şəxs xəstəxanada dünyasını dəyişib.

Hava limanı həmişəki kimi fəaliyyətini davam etdirir.скачать dle 11.3
Mojo.az Banner