Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

DİN Ağsu sakininin iddialarına münasibət bildirdi

14.10.2021 17:29 930
DİN Ağsu sakininin iddialarına münasibət bildirdi
Daxili İşlər Nazirliyi (DİN) Ağsu şəhər sakininin oğlunun öldürülməsi faktının düzgün araşdırılmadığı iddialarına münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimovun "Report"a verdiyi məlumata görə, iyunun 15-də yetkinlik yaşına çatmayan Ağsu şəhər sakinləri - Cabir Müseyibov və Nihad Məmişov arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib: "Nəticədə Cabir Müseyibov Nihad Məmişova fiziki güc tətbiq edərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Sonuncu aldığı xəsarətlərdən Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, daha sonra isə müalicəsinin davam etdirilməsi səbəbi ilə Bakı şəhərinə, Respublika Neyrocərrahiyə xəstəxanasına təxliyə olunub.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, şahidlərin izahatları alınıb, zəruri istintaq hərəkətləri icra edilib. Hadisəni törədən Cabir Müseyibov barəsində məhkəmənin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib".

"Nihad Məmişovun hadisə zamanı aldığı xəsarətlərdən iyunun 20-də müalicə aldığı xəstəxanada ölməsi səbəbindən cinayət işinin maddəsi tövsif edilərək istintaqın davam etdirilməsi üçün Ağsu Rayon Prokurorluğuna göndərilib. Hazırda da prokurorluqda araşdırma aparılır", - M.Məsimov bildirib.скачать dle 11.3
Mojo.az Banner