Mojo.az Banner
22:12 Region göstəriciləri reallığı əks etdirirmi? - İqtisadçı deputatın çıxışını şərh etdi  |     22:07 Burnu sınan xadiməyə görə mərkəz direktoru cərimələndi  |     21:59 Cənubi Koreyada qırıcı təyyarələr pilotların əyləncəsi səbəbilə toqquşub: Onlar nə edib?  |     21:54 Bu il Azərbaycanda dəyişdirilən adlar: Qanvoy, Ulçin, Cunaqız...  |     21:48 Azərbaycanda ən az və ən çox doğum qeydə alınan rayonlar (SİYAHI)  |     21:40 Gəncədə avtomobillər toqquşub, xəsarət alanlar var  |     21:35 Yuxu üçün maqnezium nə vaxt qəbul edilməlidir?  |     21:27 Bu yolda böyük çuxur yarandı - Avtomobilin təkəri və diski yararsız hala düşdü (Video)  |     21:22 "Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" - Məhkəmə işi  |     21:15 Sabah hava necə olacaq?  |     21:10 Bu il yol qəzalarında 140 nəfər həlak olub  |     21:03 "Livanı dərhal tərk edin!" - ABŞ-dən xəbərdarlıq  |     20:58 Paytaxt Bakıdan başqa şəhərə köçürülə bilər? - AÇIQLAMA  |     20:49 İsrail 200 milyon dollarlıq silah alır  |     20:44 Qanunsuz saxlanılan 4 avtomat, 18 tüfəng aşkarlandı  |     20:36 Teleqüllə yaxınlığındakı qanunsuz tikililər söküldü - Video  |     20:31 Bu ölkədə quş qripi aşkarlanıb - Minlərlə toyuq məhv edilir  |     20:29 30 il əvvəlki qətlin üstü necə açıldı? - Taksi sürücüsünün amansızlıqla öldürülməsinin DƏHŞƏTLİ TƏFƏRRÜATI - Video  |     20:17 Əlilliyin qiymətləndirilməsi üçün müalicə müddəti tələb olunmayan xəstəliklər hansılardır?  |     20:05 Aİ rusiyalı məşhur müğənniyə sanksiya tətbiq etdi  |    
Left Banner
Right Banner

101 nəfərə saxta COVİD testi hazırladan şirkət rəhbərinin məhkəməsi başlayır

14.10.2021 16:54 708
101 nəfərə saxta COVİD testi hazırladan şirkət rəhbərinin məhkəməsi başlayır
Azərbaycandan Rusiyaya getmək istəyən 101 nəfərə saxta COVİD-19 testi hazırladan turizm şirkətinin rəhbərinin məhkəməsi başlayır.

Median.Az Trend-ə istinadən xəbər verir ki, Yasamal rayon Prokurorluğunda "ƏSR" MMC-nin direktoru Əsgər Bayramovun barəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb. Toplanmış materiallar baxılması üçün Yasamal rayon məhkəməsinə göndərilib.

Cinayət işi hakim İslam Əliyevin icratına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə təyin ediləcək.

İttihama görə, "ƏSR" və "ARKAN TOUR" MMC-lərin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış ibtidai istintaqla "ƏSR" MMC-nin direktoru Əsgər Bayramovun "ARKAN TOUR" MMC-nin direktoru Tünzalə Əliyeva və istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olaraq tanışı Seymur Mürsəlovun xahişi ilə 101 nəfər şəxsin Gəncə Beynəlxalq Hava Limanından Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səyahət etməsini təşkil etmək məqsədilə həmin şəxslərin tibbi müayinədən keçmədən tibb müəssisələrindən verilməsi görüntüsünü yaradan COVID-19 testinin nəticələrinə dair saxta sənədləri hazırlayıb ümumilikdə 12 min 120 manata satmasına, eləcə də həmin hərəkətləri ilə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr yaranıb.

Qeyd edilənlərə əsasən Əsgər Bayramov və Tünzalə Əliyevaya Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 320.1 (rəsmi sənədləri qanunsuz hazırlama və satma) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan edilmiş, Əsgər Bayramovun barəsində məhkəmənin qərarı ilə həbs, Tünzalə Əliyeva barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Xatırladaq ki, keçirilən əməliyyat tədbirləri nəticəsində həmin saxta test arayışları ilə Rusiyaya getmək istəyən 101 nəfər Gəncə Beynəlxalq Hava Limanında saxlanılaraq geri qaytarılmışdı.скачать dle 11.3
Mojo.az Banner