Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:47 Uşaqlar niyə aqressivləşir? – Pediatrdan valideynlərə xəbərdarlıq  |     13:36 Ermənistan ərazisinə keçən çoban Azərbaycana qaytarılıb  |     13:35 Azərbaycan ən çox hansı məhsulları xaricdən alır? – ARAŞDIRMA  |     13:27 Cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokol təsdiqlənib  |     13:14 İlham Əliyev Özbəkistanla iki sənədi təsdiqlədi  |     13:12 Prezident tikinti ilə bağlı komissiya yaratdı, Şahin Mustafayevə yeni vəzifə verdi  |     12:56 Bakıda keçirilən beynəlxalq forumun yekununda mühüm sənəd qəbul ediləcək  |     12:49 Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi  |     12:40 Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - Foto  |     12:25 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Foto  |     12:13 Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama  |     11:59 İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi  |     11:57 Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır  |     11:55 Kimlərin pensiyalarına əlavələr ediləcək və məbləğ nə qədər olacaq?  |     11:35 Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - Davadan yeni görüntülər (Video)  |     11:30 Payızda yuxusuzluğun əsas səbəbləri açıqlandı  |     11:28 Şahbuzda ayılar yol kənarında görüntüləndi – Video  |     11:26 Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video  |     11:22 "Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb  |     11:07 Bakıda yolların birində hərəkət tam məhdudlaşdırılır  |    
Mojo.az Avto
Mojo.az Avto

Kseniya Sobçakın düşdüyü avtomobil qəzasının görüntüləri yayılıb - VİDEO

13.10.2021 22:24 1 050
Kseniya Sobçakın düşdüyü avtomobil qəzasının  görüntüləri yayılıb - VİDEO
Tanınmış rusiyalı televiziya aparıcısı və jurnalist Kseniya Sobçakın olduğu avtomobilin iştirakı ilə Soçi şəhərində baş verən qəza anının görüntüləri yayıb. Müşahidə kameraları tərəfindən qeydə alınan kadrlarda avtomobillərin toqquşma anı və avtobusa çırpılması görünür.

Xatırladaq ki, oktyabrın 9-da Krasnodar diyarında Sobçakın sərnişin oturacağında olduğu “Mercedes” avtomobili qəzaya uğrayıb. İlkin məlumata görə, “Mercedes” markalı minik avtomobilinin sürücüsü ötmə zamanı qarşıdan gələn zolağa çıxaraq “Volkswagen” markalı avtomobilə çırpılıb və nəticədə ətalət nəticəsində mikroavtobusla toqquşub.

Yol qəzası nəticəsində bir nəfər ölüb, iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Rusiya Daxili İşlər Nazirliyinin İstintaq İdarəsi istintaqı nəzarətə götürdüyünü bildirib. Sobçakın olduğu “Mercedes”in sürücüsünə ittiham irəli sürülüb.

Son xəbərlər