Mojo.az Banner
Son Xəbərlər
14:26 Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi  |     14:18 Ərinin qətlini sifariş edən Əzizə Seyidova barədə qərar verildi  |     13:58 Təbii kürü adı ilə plastik məhsul satılır? – Bu səhvləri etməyin — Əlamətlər  |     13:55 Bakıda uşaq bağçasında ciddi nöqsanlar aşkarlandı - Foto  |     13:42 Un və çörəyin qiyməti bu halda arta bilər – AÇIQLAMA  |     13:26 Bakı metrosu "Sabah"a görə xüsusi rejimdə işləyəcək  |     13:21 Bakıdakı psixiatriya xəstəxanasında ölüm  |     13:08 Bölgələrdə yeni iş yerləri açılacaq? — Deputatdan VACİB MESAJ  |     13:00 12 il həbs cəzası alan şəxs 5 il sonra zərərçəkmişlə barışdı: Hökm dəyişdimi?  |     12:51 Öldüyü deyilən Kim Çen Inın görüntüləri yayıldı - Foto  |     12:44 DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar  |     12:42 Bakıda sərxoş kişini avtomobil vurdu  |     12:36 Uşaq meydançasında təhlükəli çökmə - Video  |     12:31 Restoranlarda menyudakı qiymətlə hesab niyə fərqlənir? – Açıqlama  |     12:26 Azərbaycanın dövlət qurumlarına genişmiqyaslı kiberhücumlar başlayıb  |     12:24 Onlayn alış-veriş edənlər üçün yeni qayda  |     12:21 Kolumbiyada qızıl mədəni çökdü, 14 nəfər öldü  |     11:52 Dərman vasitələrinin qiymətinin artmasının səbəbi bu imiş – AÇIQLAMA  |     11:42 Məşhur meyxanaçı vəfat etdi - Foto  |     11:34 Bakının əsas prospektlərindən birində yeni radar quraşdırıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

İran vətəndaşları: “Ölkəmizdə Azǝrbaycanı sevən milyonlarla insan var”

09.10.2021 22:46 807
İran vətəndaşları: “Ölkəmizdə Azǝrbaycanı sevən milyonlarla insan var”
Son günlər İranda ayrı-ayrı şəxslərin Azərbaycan əleyhinə çağırışları, habelə qonşuluq prinsiplərinə xələl gətirən davranışlar iki ölkə arasında münasibətlərə təsirsiz ötüşməyib.

Median.Az “report”a xəbər verir ki, sıravi İran vətəndaşları da bu ölkənin ayrı-ayrı şəxslərinin Azərbaycan əleyhinə, qonşuluq prinsiplərinə zidd fəaliyyət və açıqlamalarını pisləyirlər. Kərəc şəhərindən 41 yaşlı Məhəmməd Gəimi hesab edir ki, bu problemlərin kökü Qarabağ müharibəsinə gedib çıxır.

İsrailin Azərbaycanın yanında olması Azərbaycanın qələbəsinə və bölgədə mövcudluğuna səbəblərdən biri olub. “Üstəlik, İranın sərhədinə yaxınlaşmasını Tehran ciddi təhlükə sayır. Azərbaycan da İranın Ermənistana verdiyi dəstəkdən narahatdır", - o söyləyib.

"Ancaq bu işin sonu savaş olmaz. İran Azǝrbaycanında Azǝrbaycanı sevən milyonlarla insan var və İran dövləti bu riskə getməz", - Məhəmməd Gəimi əlavə edib.

Təbrizin 43 yaşlı sakini Elnaz Bərği hesab edir ki, İranın özü nə etdiyini bilmir:

“Cənubi Azərbaycanda İran və dövlət tərəfdarları olsa da belə, xalq, umumiyətlə, Azərbaycanın yanındadır. İran Qarabağı İslam torpağı sayır, amma ermənilərə silah verir. Bu hansı məntiqə uyğundur? Bizim şimali azərbaycanlılarla heç bir fərqimiz yoxdur. Bizim bacı-qardaşlarımızdır".

Həmədandan olan 46 yaşlı azərbaycanlısı Əlirza Bahari hesab edir ki, Tehranı narahat edən yerli Azərbaycan əhalisidir.

"İranın bütün qorxusu bizik. İran, İrandaki türklərin oyanmasından qorxur. Erməni və İsrail bəhanədir", - Əlirza Bahari deyib.

"Qarabağ zəfərindən sonra sanki farslar uduzmuş kimi bir əhvala girdilər. İran gurultu qoparar, amma savaşa girə bilməz. İran dünyada yalnızlaşıb və savaşa cəsarət edə bilməz", - Əlirza Bahari vurğulayıb.

Təbriz sakini, 45 yaşlı Yaşar Xaqani bildirib ki, İranın nə istədiyi hələ məlum deyil:

"Bunlar (dövlət) heç insanları düşünmür. Hər kəs İrandan getmək istəyir. Bir qonşu İrandan məmnun deyil. İrana hər mənada yaxın olan Azərbaycandır, nəinki Ermənistan. Deyirəm, hər ikisi ilə yaxşı olsun, amma müsəlman, müsəlman deyib niyə Azərbaycanı dəstəkləmirsən? Həqiqət budur ki, həm biz (İran xalqı), həm də Yaxın Şərq xalqı bunların əlindən zara gəlib.

Əlbəttə ki, Azərbaycan bizdəndir və eyni zamanda savaş ən pis seçim olar və burada ən çox zərər görən o taylı-bu taylı bizlər (azərbaycanlılar) olar".

Şiraz şəhərindən Mərcan Mərvdəşti deyib ki, İran rejimi üçün iç problemi ört-basdır etmək üçün xarici səbəblər lazımdır.

“İran o qədər səhv addımlar atıb ki, doğru sözünə də inanmırlar. Təbii, bu baxımdan, İranın haqlı olduğunu demirəm.

Mən bilirəm ki, İran vətəndaşı olan azərbaycanlılar bu məsələyə çox həssasdırlar və İran dövləti də bunu bilir, ancaq niyə belə edirlər, bilmirəm. Belə gedərsə, sonumuz ya Şimali Koreya olacaq ya da keçmiş Yuqoslaviya", - o qeyd edib.

Son xəbərlər