Mojo.az Banner
13:51 Bu gün "Turan Tovuz" İstanbul nəhəngi ilə qarşılaşacaq  |     13:48 İlkin Namazov vəzifəsindən azad edildi  |     13:38 Zabratda küçələri su basdı: Hərəkət çətinləşdi - Video  |     13:37 Azərbaycan nefti ucuzlaşıb  |     13:32 Rusiyada epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü  |     13:29 Ermənistan Azərbaycan hərbçisi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi  |     13:17 Nazirlikdən direktorlara xəbərdarlıq: Hədiyyə qəbul etmək qadağandır  |     13:08 Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?  |     23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |    
Mojo.az Avto
Mojo.az Avto

İran işğal müddətində Qarabağda narkotik və silah alveri ilə məşğul olub - AÇIQLAMA

06.10.2021 16:32 942
İran işğal müddətində Qarabağda narkotik və silah alveri ilə məşğul olub - AÇIQLAMA
“İran Azərbaycanla gərginliyin artmasına səbəb olan addımlar atır. İran inkişaf etmiş, güclü Azərbaycan dövlətini qəbul etmək istəmir. İran hesab edirdi ki, Azərbaycan həmişə zəif olacaq və Qarabağ daim İranın dəstəyi ilə ermənilərin işğalı altında qalacaq”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov Azərbaycan-İran arasında yaranan gərginliyi şərh edərkən deyib.

Millət vəkili İranın regionda sərhəd dəyişikliyinin qəbuledilməz olduğuna dair bəyanatına da münasibət bildirib.

Onun sözlərinə görə, Azərbaycan postmüharibə dövründə nə Ermənistan, nə də İran sərhədlərini pozub.

“Azərbaycan öz ərazi bütövlüyünü təmin edib və sərhədlərini bərpa edib. Bu gün dövlət sərhədlərimizdə Azərbaycan əsgərləri dayanır. Biz heç kimin daxili işlərinə qarışmadan sərhədlərimizi bərpa etmişik, kimin xoşuna gəlsə də, gəlməsə də, bu, belədir”, - deyə E.Məmmədov əlavə edib.

Deputat bildirib ki, Azərbaycanın İranla sərhədləri hələ SSRİ dövründən mövcuddur:

“İndi necə olur ki, ermənilər həmin ərazilərdə olanda İran bunu qəbul edirdi, bu gün Azərbaycan öz sərhədlərini qoruyanda bunu həzm etmir? Burada bir məsələ ortaya çıxır ki, İran Qarabağ işğal altında olanda bu ərazilərdə silah və narkotik alveri ilə məşğul idi.

İranla Ermənistan Azərbaycan ərazilərini narkotik trafiki, çirkli pulların yuyulması, silah alveri üçün platformaya çevirmişdi. İndi bu ərazilər əldən çıxır deyə, İranın xoşuna gəlmir. İşğal müddətində Ermənistan söküntü-tikinti materiallarını İrana satırdı, İran da bunun əvəzində Ermənistanı yanacaq, silah-sursatla təmin edirdi”.

E.Məmmədov bildirib ki, Azərbaycan İrandan fərqli olaraq qonşuları ilə mehriban qonşuluq münasibətlərinin olmasına çalışır. Millət vəkili qeyd edib ki, Azərbaycan bu istəyində həmişə səmimi olub.

“Hesab edirəm ki, İran İslam Respublikasının siyasi rəhbərliyi də bu istəkdə olmalıdır. Bu, daha yaxşı olar. Əks təqdirdə isə baş verənlər heç kimə, əsasən də İrana xeyir verən məsələ deyil. İran durduğu yerdə özünə problem yaratmağa çalışmamalıdır. İran bir məqama da diqqət etməlidir ki, beynəlxalq aləm bunlara hansı münasibətdədir”, - deyə E.Məmmədov fikrini yekunlaşdırıb.скачать dle 11.3
Mojo.az Banner