Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Dünya çempionu qələbəsini Azərbaycan və Türkiyə bayraqları ilə qeyd edib

08.10.2021 23:20 1 773
Dünya çempionu qələbəsini Azərbaycan və Türkiyə bayraqları ilə qeyd edib
Yunan-Roma güləşçisi Rafiq Hüseynov Norveçin paytaxtı Oslodakı dünya çempionatında qızıl medal qazandıqdan sonra qələbəsini Azərbaycan və Türkiyə bayraqlar+ı ilə qeyd edib.

"Report"un məlumatına görə, 82 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı iki ölkənin bayrağını götürərək, xalça üzərində dövrə vurub. Türkiyə yığmasının məşqçiləri ona təqdirəlayiq hərəkəti qarşılığında təşəkkür ediblər.

Qeyd edək ki, Rafiq Hüseynov Hüseynov finalda türkiyəli Burhan Akbudakı məğlub edib. Bu, onun ilk dünya çempionluğudur.

Son xəbərlər