Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:34 Qonşu həyətdən meyvə yığan kişi bədbəxt hadisədə öldü | 17:23 Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edildi - Foto | 17:06 Bakıda qadın "TikTok"da canlı yayımda öldü | 17:05 ABŞ, Rusiya və Ukrayna arasında danışıqları Moskva təsdiqlədi | 17:00 "Bitcoin"in qiyməti kəskin azalıb | 16:57 Novxanıdakı "milyonluq saray"ın sahibi Bəxtiyar Dalinin ittiham olunduğu maddələr bilindi | 16:56 Ramiz Mehdiyevin qızı: "Atam verdiyi qovluğu açanda stres keçirdim" | 16:53 Naxçıvanla bağlı yeni qərar: Kimlər aerportlarda VIP-dən istifadə edəcəklər? | 16:52 Prezidentdən Dövlət Ehtiyatları Agentliyi ilə bağlı fərman | 16:26 İlham Əliyev Səbuhi Sadıqova yüksək vəzifə verdi | 16:03 Şəmkirdə 13 il əvvəl qadının qətlinə görə tutulan şəxsdən xəbər var | 15:50 Səbinə Əliyeva yenidən Ombudsman seçildi (Yenilənib) | 15:45 Qış yaxınlaşdıqca soğan qiyməti bu qədər artacaq – AÇIQLAMA | 15:33 Lukaşenko: "Ukraynadakı müharibə yaxın aylarda bitəcək, hər kəs yorulub" | 14:34 Polis daha bir tiktokeri həbs etdi | 14:27 Vüqar Bayramov: "Bütün keçmiş məcburi köçkünlərə ev təklif ediləcək" | 14:07 İlham Əliyev panamalı həmkarına məktub göndərdi | 13:57 Azərbaycan Prezidenti Keniyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - Video | 13:56 "Qarabağ" 11 illik fasilədən sonra ardıcıl üç oyunda xal itirib | 13:49 Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi |
Mojo.az Avto
Mojo.az Avto

Rusiyalılar fəal şəkildə Azərbaycandakı Yeni İl turları ilə maraqlanırlar

08.10.2021 23:18 1 881
Rusiyalılar fəal şəkildə Azərbaycandakı Yeni İl turları ilə maraqlanırlar
İyunun 10-dan hava sərhədləri açılandan Azərbaycana səfər edən rusiyalıların sayı 70 min nəfər təşkil edib. Bu barədə Turizm Bürosunun Rusiya üzrə regional meneceri Fidan Axundzadə məlumat verib.

"İyunun 10-dan, sərhədlər açılandan etibarən 70 minə yaxın rusiyalı Azərbaycanda olub. Xaricdən gəlmə sayına görə Rusiya liderdir. Lakin pandemiyaya görə, Azərbaycana ümumi gəlmə sayı 80% azalıb", - Axundzadə Yekaterinburqda keçirilən mətbuat konfransında bildirib.

Median.Az
aviatravel.az-a istinadən bildirir ki, "RATA-news" portalı yazır ki, "TUI Rossiya" şirkətində aiareyslər açılandan sonra ilk həftələr bron həcminin davamlı artımı müşahidə olunub, ancaq sonra ajiotaj azalıb, tələbat 2019-cu ilin səviyyəsinə qdər bərpa olmayıb.

"PAC Group" şirkətində Azərbaycana bronların əksər hissəsi qrup şəklində və fərdi ekskursiya turlarının payına düşür. Şərab və qastronomik proqramlara tələbat var, otellər ayrıca bron edilir. Dağ-xizək məhsuluna tələb başlayıb, lakin o qədər də fəal deyil. Bronların əsas həcmi 4-5 ulduzlu otellərin payına düşür, səfərlər 3-5 günlük planlaşdırılır.

"Azərbaycana fəal tələb müşahidə etmirik, insanlar hələ ki dənizdə istirahəti seçirlər, yay mövsümü hər yerdə sona çatmayıb", - "De Vizu" şirkətinin baş drektoru Aleksey Lebed bildirib. O vurğulayıb ki, Azərbaycanın dağ-xizək kurortlarının Rusiya bazarında irəliləməsi indi başlayıb, "baxaq, bu tələbatın formalaşmasına gətirəcək ya yox".

"Jarkov-tur" şirkətinin baş direktoru Andrey Jarkov da təsdiq edib ki, Azərbaycanda dağ-xizək kurortları barədə hələlik xəbər almırlar, ancaq ekskursiya proqramlarına tələbat var, istirahət günləri turları alırlar. Artıq Yeni il tarixləri ilə maraqlanırlar, yenə də qısa zaman üçün. Ənənəvi olaraq Naftalanda müalicəyə tələbat var. Lakin, ümumilikdə bu istiqamət pandemiyadan əvvəl olduğundan nəzərə çarpacaq dərəcədə az satılır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ilin yekunları üzrə Azərbaycana turist axını 795,7 min nəfər təşkil edib, bu da 2019-cu ilin göstəricisindən 4 dəfə azdır. Tirist axınının azalması COVİD-19-a görə qüvvədə olan məhdudiyytlərlə əlaqədar olub. 2020-ci ildə Azərbaycana səfər edən turistlərin ümumi sayından 28,3%-ni rusiyalılar təşkil edib (birinci yer). 2019-cu ildə Azərbaycana Rusiyadan rekord sayda turist səfər edib - 930 min nəfər.

Son xəbərlər