Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

Cəlilabadda 40 ildir sakinləri zəhərləyən zibilxana təmizlənib

30.09.2021 21:12 801
Cəlilabadda 40 ildir sakinləri zəhərləyən zibilxana təmizlənib
Cəlilabad şəhəri Mirzəli Hüseynzadə küçəsində yerləşən və 40 ildir yığılan tullantılar daşınmayan zibilxana təmizlənib.

Bu barədə “Report”un Muğan bürosuna həmin küçədə yaşayan sakinlər məlumat verib.

Onların sözlərinə görə, keçmiş “Məişət evi”nin yaxınlığında böyük bir zibillik poliqonu olub. Həmin əraziyə təxminən 40 il ərzində yaxınlıqdakı 2 mərtəbəli yaşayış binasının sakinləri ilə yanaşı, həm də ətraf küçələrin sakinləri öz məişət tullantılarını atıblar:

"Bu səbəbdən də şəhərin tam mərkəzində üfunətli bir mənzərə yaranmışdı. Bu ərazi bakteriya və mikrob mərkəzi, gəmirici, bəzən də yırtıcı və zəhərli heyvanların məkanına çevrilmişdi. Həmçinin məsuliyyətsiz şəxslər həmin zibilliyə od vurur, nəticədə ətrafda yerləşən evlərə və həyətyanı sahələrə, xüsusilə də ərazidən keçən dövlət əhəmiyyətli qaz xətti üçün ciddi təhlükə yaranırdı".

Məlumata görə, sonuncu dəfə ötən ilin avqust ayında şəhərin mərkəzində yerləşən zibilxanada yanğın törədilib: "Yanğın nəticəsində ətraf sakinlərə ciddi ziyan dəymişdi və hətta yanğın mərkəzi stadionun ərazisinə də keçmişdi. Yalnız yanğınsöndürənlərin əraziyə vaxtında gəlməsi və alovu söndürməsi nəticəsində böyük bir təhlükə sovuşmuşdu”.скачать dle 11.3
Mojo.az Banner