Mojo.az Banner
16:12 Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz  |     16:10 İnfarkt keçirən kişi yanaraq öldü - Təfərrüat (Yenilənib)  |     15:59 Tovuzda üzərinə benzin tökülərək yandırılan qadın öldü: Oğlu saxlanıldı (Yenilənib)  |     15:53 Xırdalanda sərnişin avtobusu yolda yaranan çuxura düşdü - Video  |     15:51 Oman sahillərində neft tankeri hücuma məruz qaldı  |     13:51 Bu gün "Turan Tovuz" İstanbul nəhəngi ilə qarşılaşacaq  |     13:48 İlkin Namazov vəzifəsindən azad edildi  |     13:38 Zabratda küçələri su basdı: Hərəkət çətinləşdi - Video  |     13:37 Azərbaycan nefti ucuzlaşıb  |     13:32 Rusiyada epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü  |     13:29 Ermənistan Azərbaycan hərbçisi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi  |     13:17 Nazirlikdən direktorlara xəbərdarlıq: Hədiyyə qəbul etmək qadağandır  |     13:08 Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?  |     23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |    
Mojo.az Avto
Mojo.az Avto

Parlamentdə dərmanlarla bağlı fikir ayrılığı yarandı

30.09.2021 14:07 3 144
Parlamentdə dərmanlarla bağlı fikir ayrılığı yarandı
“Vaxtı ilə bir neçə dərman şirkəti Azərbaycanı tərk edib getdi. Bu gün Azərbaycan dünyanın bir çox keyfiyyətli dərmanlarını ala bilmir”.

Oxu.Az-ın məlumatına əsasən, bunu parlamentin iclasında deputat Musa Quliyev deyib.

O bildirib ki, Azərbaycan Türkiyə və Gürcüstan nümunəsindən istifadə edib, dərmanlarla bağlı qeydiyyatda tanınmanı tətbiq etməlidir.

Millət vəkili onu da əlavə edib ki, Türkiyədə dərmanlara əlçatanlılıq asandır.

“Buna görə təklif edirəm ki, Türkiyədə qeydiyyatdan keçmiş dərmanlar Azərbaycana gətirilsin və onların qeydiyyatı tanınsın. Onlar həm də keyfiyyətlidir”, - deyə M.Quliyev əlavə edib.

Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə M.Quliyevin fikrinə etiraz edib.

“Şübhəsiz ki, ölkədə dərman çatışmazlığı var. Ancaq mən Musa müəllimin fikri ilə razı deyiləm. Hər hansı ölkədə qeydiyyatdan keçmiş dərman preparatlarının qeyd-şərtsiz, icazəsiz Azərbaycana gətirilməsi problem yaradar. Hər ölkənin öz dərman siyasəti var. Dərmanlar mütləq yoxlanılmalıdır, o, hansı ölkədə istehsal olunmasından asılı olmayaraq. Heç bir şərt olmadan dərmanların ölkəyə gətirilməsi təhlükə yaradar”, - deyə Ə.Əmiraslanov bildirib.скачать dle 11.3
Mojo.az Banner