Mojo.az Banner
12:30 Azərbaycanda qadın pilotların sayı açıqlanıb  |     12:06 Ukrayna DİN-də əməliyyat keçirilib - Məmurlar saxlanılıb  |     12:03 Rusiyada QEYRİ-ADİ HADİSƏ: Bakıdan gedən aşpazı narşəraba görə saxladılar - FOTO  |     11:56 DTX tərəfindən saxlanılan Saleh Səmədov nə qədər pul mənimsəyib?  |     11:54 Yeddi körpənin öldüyü cinayət işi ilə bağlı məhkəmə: Vəkillər bəraət istədilər  |     11:53 Bakıda Ukrayna şəhərlərinin dayanıqlı bərpası və baş planları müzakirə edildi  |     11:52 Kliniki Tibbi Mərkəzin həkimi VƏFAT ETDİ - FOTO  |     11:50 Azərbaycanda ən çox maaşı hansı sahədə işləyənlər alırlar?  |     11:47 UEFA Avropa Liqasında FİNAL HƏYƏCANI  |     11:46 Azərbaycan nefti ucuzlaşıb  |     11:39 Bazarlarda nübarlıq meyvələrin QİYMƏTLƏRİ - Video  |     11:33 Küçələri lərzəyə gətirən sürücülərə xəbərdarlıq - Video  |     11:29 "Günə 30-40 manat qazanırıq" - Astara çayını keyfiyyətli edən sirr nədir? (Video)  |     11:14 Hamlet Musayevin qızı həbsdən azad edildi  |     23:01 Supermarketlərdə niyə tez-tez başsız balıq satılır? - Heç kimin bilmədiyi SƏBƏBLƏR  |     22:54 14 ildən sonra yeni albom çıxaracaqlar  |     22:46 Bu ölkədə virusa görə əl sıxmaq qadağan olundu  |     22:41 Goranboyda iki qadın qətlə yetirilib (Yenilənib)  |     22:34 "Mango"nun qurucusunun oğlu həbs edildi - Atasını öldürübmüş  |     22:28 Avtomobilin nömrəsini itirən SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ! - Bu qədər cərimələnə bilərsiz  |    
Left Banner
Right Banner

Vətən müharibəsi şəhidlərinin xatirəsi Londonda anılıb

27.09.2021 22:23 669
Vətən müharibəsi şəhidlərinin xatirəsi Londonda anılıb
Vətən Müharibəsinin ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyində 27 sentyabr – Anım gününə həsr olunmuş tədbir keçirilib.

Bu barədə Azərbaycanın Britaniyadakı səfirliyi məlumat yayıb.

Tədbirdə Azərbaycanın Britaniyadakı səfirliyinin əməkdaşları, Britaniyada yaşayan azərbaycanlı icmasının nümayəndələri və digər şəxslər iştirak edib.

Şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edildiyi tədbiri giriş sözü ilə açan səfir Elin Süleymanov bu günün Azərbaycan tarixində çox önəmli olduğunu söyləyərək qeyd edib ki, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün qardaş və bacılarımızın əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq və uca tutulacaq.

Səfir vurğulayıb ki, üç onillik ərzində danışıqlardan boyun qaçıran və 2020-ci ilin iyul ayından etibarən Azərbaycana qarşı hücum və təxribatları daha da artıran Ermənistan ötən ilin 27 sentyabrında Azərbaycan Respublikasının mülki əhalisini, eləcə də hərbi mövqelərini atəşə tutduqda ölkəmizin başqa seçimi qalmayıb və özünü müdafiə hüququndan istifadə etməklə cavab hərbi əməliyyatlara başlayaraq, 44 günlük Vətən müharibəsi ərzində torpaqlarını düşmən tapdağından xilas edib.

Ermənistanın açıq-aşkar təhrikedici təxribatlarına baxmayaraq, 44 gün müddətində Azərbaycan hərbi əməliyyatları beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə davam etdirib və özünün beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənara çıxmayıb.

Azərbaycanda xalqla dövlət arasında mövcud olan möhkəm birlik ölkəmizin İkinci Qarabağ savaşındakı parlaq qələbəsində mühüm rol oynayıb. E.Süleymanov bu birliyi qoruyub saxlamaq, gücləndirmək və ölkəmizin adını hər zaman yüksəkdə tutmağın bütün azərbaycanlıların ən ümdə borcu olduğunu deyib.

Sonra çıxış edən Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiyadakı səfirliyinin hərbi attaşesi Vüqar Əhmədov 44 günlük Vətən müharibəsi ərzində Azərbaycan əsgərinin göstərdiyi əlahiddə şücaət və qəhrəmanlıq nümunələrindən bəhs edib. O, qeyd edib ki, Müzəffər Ali Baş Komandan və müzəffər Azərbaycan Ordusunun rəşadəti hər bir soydaşımız üçün qürur mənbəyidir.

Anım tədbirində Britaniyadakı Azərbaycanlı icmasının nümayəndəsi, “Azərbaycan Evi” təşkilatının sədri Ali Tekin Atalar da çıxış edərək şəhidlərin xatirəsinin harada olmasından asılı olmayaraq hər bir azərbaycanlının ürəyində əbədi olaraq yaşayacağını bildirib.

Daha sonra tədbir iştirakçıları 27 sentyabr – Anım gününə həsr olunmuş guşənin önünə çiçəklər qoyub, 44 günlük Vətən müharibəsi və ildönümünə həsr olunmuş videomateriallara baxıblar.

Bizimlə əlaqə saxlayınскачать dle 11.3
Mojo.az Banner