Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda usta təmir etdiyi evi yardı - VİDEO

25.09.2021 17:03 2 178
Bakıda usta təmir etdiyi evi yardı - VİDEO
Nərimanov rayonunda yerləşən mənzillərin birindən oğurluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, naməlum şəxs evə daxil olaraq oradan ümumi dəyəri 24 min manata yaxın olan qızıl-zinət əşyalarını oğurlayıb.

Zərərçəkən ev sahibi bu barədə polisə müraciət edəndən sonra hadisəni törədən şəxsin axtarışlarına başlanılıb. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının qısa zamanda həyata keçirdikləri əməliyyat nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Ruslan Əzimov saxlanılıb. O, ifadəsində etdiyi cinayəti etiraf edib.

Həmin şəxsdən oğurladığı qızıl-zinət əşyalarının bir hissəsi aşkar edilərək maddi sübut kimi götürülüb.

Qeyd edək ki, Ruslan Əzimov oğurluq etdiyi evdə bir müddət əvvəl usta kimi işləyib. Bu səbəbdən mənzilə daxil olmağın yolları barədə onda məlumat olub.

Bundan başqa, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində müxtəlif vaxtlarda bir kafedən 700 manat dəyərində televizor, eləcə də yeni tikilməkdə olan binaların birindən 1000 manat dəyərində təmir-tikinti alətləri oğurlayan Ümid Bayramov və Füzuli Hüseynov da saxlanılıb.

Hər iki şəxs ifadələrində etdikləri oğurluqları etiraf ediblər.

Qeyd edilən oğurluq hadisələri ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb araşdırmalar davam etdirilir.

Gördüyünüz şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Nərimanov Rayon Polis İdarəsi və ya ərazi üzrə polis orqanlarına müraciət edə bilərlər.
скачать dle 11.3
Mojo.az Banner