Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

"Yuventus"un futbolçusu avtomobil qəzasına səbəb olub

22.09.2021 20:45 2 358
İtaliyanın "Yuventus" klubunun futbolçusu Artur Melo avtomobil qəzasına düşüb.

Hadisə bu gün səhər saatlarında Turin şəhərində baş verib.

Qəzada ciddi xəsarət alan olmayıb. Braziliyalı oyunçunun qəzanın səbəbkarı olduğu bildirilib. Melonun idarə etdiyi "Ferrari" markalı avtomobilə ziyan dəyib. Futbolçu tibbi müayinə üçün xəstəxanaya yollanıb.

Qeyd edək ki, Artur Melo "Yuventus"a 2020-ci ilin yayında İspaniya "Barselona"sından keçib.

Son xəbərlər