Ağacların kəsilməsi ilə bağlı toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilib
Xidmət rəsmisi Bəhruz Məhəmmədov "Report"a araşdırma zamanı sözügedən ərazidə ağacların kəsildiyini və təqsirkarların tapılması üçün hüquq-mühafizə orqanlarına müraciət olunduğunu bildirib.
B.Məhəmmədov onu da qeyd edib ki, ağacların kəsilməsi zamanı təbiətə 14 100 manat məbləğində ziyan dəydiyi müəyyən edilib:
“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.
