Mojo.az Banner
13:55 Mehriban Rəhimliyə hökm oxundu  |     13:44 Sabunçuda lombarddan 22 min manatlıq oğurluq edilib  |     13:12 Azərbaycanda ov mövsümü başlayır - Tarix açıqlandı  |     12:57 Azərbaycandan Ukraynaya humanitar yardım göndərildi  |     12:38 Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq  |     12:28 Məhkəmə ekspertizası ilə bağlı qaydalar dəyişir: Bir istisna var  |     11:47 Azərbaycanda daha bir qida məhsulunun qiyməti kəskin artdı - Video  |     11:34 Azərbaycanda istilik mövsümü vaxtından əvvəl başlayacaq?  |     11:29 Uşağın ürəyi qəfil dayana bilərmi? – Kardioloqdan XƏBƏRDARLIQ  |     11:26 Kənd yumurtası buna görə bahalaşıb – AÇIQLAMA  |     11:03 Bakıda qadın qətlə yetirildi - Əri saxlanıldı  |     23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

AQTA sədri İctimai Şuranın üzvləri ilə görüşdü

21.09.2021 20:16 1 281
AQTA sədri İctimai Şuranın üzvləri ilə görüşdü
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Agentlik yanında İctimai Şuranın üzvləri ilə görüşüb.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Agentlik sədri Q.Təhməzli ölkəmizdə dövlət-vətəndaş münasibətlərinin inkişafında yeni mərhələnin başlandığını, vətəndaş cəmiyyəti institutları ilə əlaqələrin gücləndirilməsi, şəffaflıq prinsipinin təmin olunması ilə bağlı mühüm vəzifələrin müəyyən olunduğunu vurğulayıb.

Qeyd edilib ki, cəmiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsi, sağlam dialoqun qurulması, qərarların qəbulunda ictimai rəyin, vətəndaş maraqlarının nəzərə alınması və funksiyalarından irəli gələn digər məsələlərdə səmərəli fəaliyyəti üçün Agentlik yanında İctimai Şuraya lazımi şərait yaradılacaq.

İctimai Şuranın üzvləri vətəndaş cəmiyyəti tərəfindən onlara göstərilən seçici etimadını doğruldacaqlarını vurğulayıb, şuranın fəaliyyətinin qida təhlükəsizliyi ilə bağlı müxtəlif məsələlərin ictimai müzakirəsinin və həllinin daha səmərəli təşkilinə xidmət edəcəyini bildiriblər.

Tədbirdə İctimai Şura ilə əməkdaşlığın daha səmərəli təşkili, qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsində vətəndaş cəmiyyətinin dəstəyi, əhali arasında maarifləndirmə tədbirlərinin genişləndirilməsi, vətəndaş-İctimai Şura-Agentlik kommunikasiyasının təşkili və sair barədə də müzakirələr aparılıb. Sonda İctimai Şuranın üzvlərinə üzvlük vəsiqələri təqdim olunub.

Qeyd edək ki, İctimai Şura mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığı, ictimai nəzarətin həyata keçirilməsi, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsis edilən və ictimai əsaslarla fəaliyyət göstərən birlikdir.скачать dle 11.3
Mojo.az Banner