Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

Şəhid adı daşıyan küçə bərbad vəziyyətdədir - VİDEO

16.09.2021 16:30 1 938
Şəhid adı daşıyan küçə bərbad vəziyyətdədir - VİDEO
Abşeronda Vətən müharibəsi şəhidinin xatirəsinə qoyulan lövhənin ətrafı bərbad vəziyyətdədir.

Bu barədə Oxu.Az-a sakinlər tərəfindən məlumat verilib. Söhbət Abşeron rayonu, ipək yolu adlanan ərazinin yaxınlığından (Nübar qəsəbəsi) gedir.

Sakinlər iddia edir ki, Vətən müharibəsi şəhidi baş leytenant Şirəliyev Sahib Yusif oğlunun şəkli vurulan lövhənin yaxınlığındakı natəmizliyə nəzarət edən yoxdur:

“Şəhidin xatirəsinə hörmət edilmir. Başqa yerlərdə şəhid lövhəsi olan küçələrdə aidiyyəti orqanlar tərəfindən abadlıq işləri aparılır. Ən azından ərazidə təmizliyə nəzarət edilir. Lakin burada heç bir təmizlikdən söhbət gedə bilməz. Yolun sağında şəhidin xatirəsinə yerləşdirilən lövhə, solunda isə zibillik var. Zibilləri də təmizləmək yerinə yandırırlar. Yaxşı olardı ki, ərazidə bir qədər abadlıq işləri aparardılar. Küçədə nə asfalt örtüyü var, nə də təmizlik”.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Telefonlara cavab verən xanım bizi Hökməli qəsəbəsinin inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yönləndirsə də, telefonlarımıza cavab verən olmadı.скачать dle 11.3
Mojo.az Banner