Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:48 Məhkəmə Ramiz Əzizbəylinin kürəkəni barədə qərar verdi | 20:40 Bakıda kafedə insident oldu - Saxlanılanlar var | 20:35 Eduard Məmmədov Avropa çempionu oldu - 13-cü dəfə | 20:27 Azərbaycanda "zapravka"nın fəaliyyəti dayandırıldı - VİDEO | 20:22 Qanunsuz və qeydiyyatsız kəsim yerləri risk mənbəyidir - AQTA (VİDEO) | 20:14 Azərbaycan çempionatında XIII turun proqramı açıqlandı | 20:09 Motosikletlə məktəblini vurub qaçdı - VİDEO | 20:01 Ukraynanın eks-baş nazirinin müşavirinin maşını partladıldı - Moskvada | 19:56 Avtobusun iki gün əvvəl vurduğu piyada xəstəxanada öldü | 19:50 Müəllimlərin orta aylıq əməkhaqqı 1030 manat təşkil edir | 19:43 89 yaşlı şəxs ehtiyatsızlıqdan sirkə içərək öldü | 19:37 Baş prokuror Binəqədidə vətəndaşları qəbul edəcək | 19:30 "Nvidia"nın keçmiş baş direktoru ABŞ Senatında dindiriləcək | 19:24 Bakıda narkotikin təsirində avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO | 19:15 "Qurtuluş-93"də binanın zirzəmisində aparılan tikinti işləri narazılığa səbəb oldu - VİDEO | 19:10 Ağsuda maşın 69 yaşlı piyadanı vurub öldürdü | 19:03 Nazirin üstünə qışqıran hərbçiyə medal verildi | 18:59 Biləsuvarda ağır qəza: Motosikletçi həyatını itirdi | 18:47 Bıçaqlanan hamilə qadının vəziyyəti açıqlandı | 18:38 "Qarabağ"ın legioneri Qurban Qurbanov barədə: "Onun kimi mütəxəssislər azdır" |
Mojo.az Avto
Mojo.az Avto

Ukrayna Ermənistana və erməni diasporuna sanksiyalar tətbiq edə bilər

16.09.2021 12:08 1 611
Ukrayna Ermənistana və erməni diasporuna sanksiyalar tətbiq edə bilər
Ukrayna Prezidentinin rəsmi internet saytında BMT Baş Assambleyasının 76-cı sessiyasında bu ölkənin ərazi bütövlüyü əleyhinə səs vermiş Ermənistan və Belarusa qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı petisiya yaradılıb.

Petisiyanın təşəbbüsçülərindən olan “İnformasiya müqaviməti” qrupunun koordinatoru, Ukrayna Təhlükəsizlik Araşdırmaları Mərkəzinin aparıcı mütəxəssisi, hərbi və siyasi şərhçi Aleksandr Kovalenko “Report”a bildirib ki, sentyabrın 14-dən elan olunan petisiyada səsvermə sürətlə gedir.

O deyib ki, petisiya 92 gün davam edəcək və 25 min müsbət rəy verən izləyici yığmalıdır:

“Ukrayna ilə təmasdan, əsasən də iqtisadi əlaqələrdən faydalanıb, amma ölkəmiz əleyhinə səs verənləri qanun çərçivəsində cəzalandırmaq istəyirik. Məsələn, Belarus Ukrayna ilə ticari əlaqələrdən ildə xeyli fayda götürür. O cümlədən Ermənistan bundan da artıq fayda götürür. Bundan başqa Ukraynada kifayət qədər erməni diasporu fəaliyyət göstərir ki, onlar da Ermənistanın büdcəsinin burdan faydalanmasında rol oynayırlar. Bizim petisiyanın da məqsədi bütün bunların qarşılığında Ukraynanın ərazi bütövlüyünə hörmət qoymayan bu ölkəyə və diasporuna qarşı ciddi sanksiyaların tətbiq edilməsidir. Çünki Ermənistan ilk dəfə deyil ki, belə hərəkətə yol verir”, - o əlavə edib.

Xatırladaq ki, “Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindəki vəziyyətə dair” adlı bəndin BMT Baş Assambleyasının 76-cı sessiyasının gündəliyinə salınmasına dair keçirilən səsvermə zamanı Azərbaycan lehinə, Ermənistan isə əleyhinə səs verib.

Son xəbərlər