14:56 Milli Televiziya və Radio Şurasının sabiq müşaviri hakim qarşısına çıxarılıb  |     14:43 Maştağada 450 manata görə amansız qətl törədənə AĞIR CƏZA - Video  |     13:42 İndoneziyada mədrəsədə partlayış: 50-dən çox yaralı var  |     13:37 SON DƏQİQƏ! Polis blogerlərə qarşı əməliyyat keçirdi: 17 nəfər TUTULDU – Video  |     13:36 Əməkdar artist Vahid Əliyev ilə vida mərasimi keçirilib  |     13:29 Zabitlərin özlərinə mənzil almaları üçün maliyyə vəsaiti ayrılması təklif edilib  |     13:23 Türkiyədə məktəb avtobusu ilə yük maşını toqquşdu: Xeyli yaralı var  |     13:20 ABŞ hərbi bazasına içərisində ağ toz olan bağlama göndərildi: Bir neçə nəfər xəstəxanaya yerləşdirildi  |     13:13 Xətai rayonunda Zəfər Günü qeyd edildi - VİDEO  |     13:06 Coratda 600 abonentin qazı kəsiləcək  |     12:59 DOST Agentliyində yeni təyinatlar  |     12:54 Britaniya həbsxanasında məhbuslar körpə qızın qatilini öldürdülər  |     12:47 Zəfər Gününün hava proqnozu - 08.11.2025  |     12:40 69 yaşlı kişi itkin düşdü  |     12:33 Gəncədə marketdə saxta alkoqollu içkilər aşkarlandı – FOTO  |     12:25 161 nömrəli avtobusda göz gözü görmədi  |     12:20 2040-cı ilə qədər Bakı Metropoliteninin vaqon parkı tam yenilənəcək  |     12:13 Tanınmış tiktoker "Koti" məsuliyyətə cəlb olundu  |     12:07 Zəfər Parkı və Zəfər Muzeyi "PAŞA Holdinq" tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə təhvil verildi  |     12:00 "Gunvor" "LUKOIL"la sövdələşmədən imtina etdi  |    

İlin ən yaşlı tələbəsi: “Riyaziyyatdan hazırlaşmağıma oğlum kömək edirdi”

Bu il ali məktəblərə qəbul imtahanlarında iştirak edərək, tələbə adını qazanan ən yaşlı abituriyentin 52 yaşı var.

Belə ki, V qrup üzrə qəbul olan 1969-cu il təvəllüdlü Səttarov Mehman Süleyman oğlu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olunub. 52 yaşlı tələbə universitetin Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisası üzrə əyani təhsil alacaq.

Qəbul imtahanlarına hazırlaşmaqda heç bir çətinlik çəkmədiyini deyən M. Səttarov özünü şanslı saydığını söyləyib:

“Mən ali təhsil almaq haqqında çoxdan düşünürdüm, buna böyük marağım və həvəsim var idi. Çalışırdım ki, imtahanlara hazırlaşım, özümü sınayım. Davamlı imtahanlarla, hazırlıq və dərslərlə maraqlanırdım, çoxlu bədii ədəbiyyat oxuyurdum.

Bununla bərabər, həm də işimə görə ali təhsil almağı özümə borc bilirdim. Hazırda Xəzər rayonu, Mərdəkan bələdiyyəsində çalışıram, Gənclər və idman üzrə komissiyanın sədriyəm. Bununla əlaqədar orta təhsilimi aliyə yüksəltməyə qərar verdim”.

M. Səttarov imtahan hazırlaşmaq üçün müəllim yanına getmədiyini vurğulayıb:

“İmtahanlara öz gücümlə hazırlaşmışam. Çoxlu sayda materiallara internet üzərindən çatmaq olur. Kitablarda məlumatlar var, ən çox Azərbaycan dili, ədəbiyyat və rus dilini oxuyurdum, testlərə diqqət edirdim. Riyaziyyat fənnindən bir az zəif idim, buna hazırlaşmağıma oğlum kömək edirdi. Onun köməyi məni çox irəli apardı. Oğlum Milli Aviasiya Akademiyasında təhsil alır, hazırda ikinci kurs tələbəsidir”.

Həmsöhbətimiz imtahana gedərkən stres keçirdiyini etiraf edib:

“İmtahan keçirilən binanın qarşısında mənim yaşımda valideynlər yığışmışdı, mən uşaqlarla birlikdə içəri keçəndə fərqli hisslər yaşadım. İmtahan otağında, hətta binada yaşıdlarım yox idi. Amma təhsilə olan sevgim bu stressi azaldı.

Mənə elə gəlir ki, universitetdə oğlum yaşda tələbələrlə bir qrupda təhsil almaq böyük problem olmayacaq. Çünki təhsil almaq üçün yaş həddi yoxdur, insan hər zaman oxumalı, təhsil almalı, öyrənməlidir. Bu fikir elə problemlərdən keçməyə kömək edəcək. Ali təhsil almağım qeyd etdiyim kimi işim üçün də vacib idi. Bundan sonra işimdə daha uğurlu addımlar atmağa, daha perspektivli yol açılmasında kömək edə bilər. İşlə universiteti uyğunlaşdıra bilərəm. Yəqin ki, çətinliyim olmayacaq”.

Bundan əlavə, M. Səttarov ali məktəbə hazırlaşan gənclərə məsləhət verməyi də unutmayıb:

“Əslində ali məktəbə hazırlaşmağın heç bir çətinliyi yoxdur. Sadəcə oxumaq, oxumaq və yenə də oxumaq lazımdır. Gənclərə tövsiyəm budur”.

Mənbə: Modern.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            843 08.09.21 13:18