Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Alen Delon: “Mən tamamilə ruh düşkünlüyü içindəyəm”

06.09.2021 23:41 2 019
Alen Delon: “Mən tamamilə ruh düşkünlüyü içindəyəm”
Məşhur fransız aktyor Alen Delon həmkarı Jan-Pol Belmondonun ölümündən kədərləndiyini bildirib.

“Report” xəbər verir ki, Alen Delon bu barədə “CNews” telekanalının efirində qeyd edib.

"Mən tamamilə ruh düşkünlüyü içindəyəm. Bu, mənim həyatımın bir hissəsi idi. Biz 60 il əvvəl birlikdə başladıq", - əfsanəvi aktyor “CNews” telekanalının efirində həmkarının ölümü barədə danışarkən deyib.

Qeyd edək ki, Fransanın iki əfsanəvi aktyoru təxminən eyni vaxtda doğulublar, bununla yanaşı, ölkədə və dünyada eyni səviyyədə məşhur olublar. Bir çoxları aktyorları tez-tez rəqib hesab edirdilər, lakin Alen Delon özü bildirib ki, Belmondosuz Delon, Delonsuz Belmondo olmazdı.

Aktyorlar bir neçə dəfə eyni filmdə rol alıblar. Onların ümumi ekran işləri arasında - "Borsalino", "İki nəfər üçün bir şans", "Gözəl ol və sus" kimi məşhur filmlər var.

Jan-Pol Belmondo bu gün 88 yaşında vəfat edib. Onun ölüm səbəbi açıqlanmır. Aktyor "Peşəkar", "Son nəfəsdə", "Xüsusi detektiv" və digər filmlərdəki rollarına görə məşhurdur.скачать dle 11.3
Mojo.az Banner