Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Paralimpiya Oyunları: Azərbaycan üzgüçüsü üçüncü qızıl medalını qazandı - VİDEO + YENİLƏNİB

03.09.2021 15:45 2 877
Paralimpiya Oyunları: Azərbaycan üzgüçüsü üçüncü qızıl medalını qazandı - VİDEO + YENİLƏNİB
Azərbaycan üzgüçüsü Roman Saley üçüncü qızıl medalı qazanıb.

O, 100 metr məsafəyə baterflay üsulu ilə üzmədə 57.81 saniyə nəticə göstərib.

Bununla da o özünün 3-cü, Azərbaycanın 12-ci qızıl medalını qazanıb.

* * * * *

Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycanın daha bir idmançısı finala vəsiqə qazanıb.

Oxu.Az-ın xəbərinə görə, S12 kateqoriyası üzrə 100 metr baterflay üsulu ilə üzgüçülük yarışında iki idmançımız təsnifat mərhələsində mübarizə aparıb.

Bunlar ikiqat Paralimpiya çempionumuz Roman Saley və Azərbaycanın ən gənc Paralimpiya qızıl medalçısı Vəli İsrafilov olub. Beş nəfərin yarışdığı təsnifat mərhələsində Belarus əsilli idmançımız hamıdan tez – 58.99 saniyəyə finişə çatıb. Vəli isə 1:10.59 dəqiqə nəticə göstərməklə sonuncu olub.

Beləliklə, Roman Saley bu gün Bakı vaxtı ilə saat 13:53-dən etibarən final mərhələsində mübarizə aparacaq. Səkkiz nəfərin yarışdığı finalda Saley tən ortada – dördüncü sırada (təsnifat mərhələsində hamıdan ən yaxşı nəticə göstərdiyi üçün – S.M.) mübarizə aparacaq.

Qeyd edək ki, Azərbaycan hazırda 11 qızıl, 1 gümüş və 4 bürünc medalla 10-cu sıradadır.
скачать dle 11.3
Mojo.az Banner