Mojo.az Banner
23:00 700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO  |     22:54 NASA Marsda aşkarlanan həyat izlərini Yerə çatdıra bilmir: Səbəb nədir?  |     22:46 Ceyhun Bayramov və Maqdalena Qrono regiondakı vəziyyəti müzakirə etdilər  |     22:41 “Mançester Yunayted” və “Sabah”ın start heyətləri açıqlandı  |     22:33 Özbəkistan əlifbasını dəyişdi  |     22:28 Londonda kütləvi bıçaqlanma oldu - Yaralılar var  |     22:22 Təmir səbəbindən bu yolda sıxlıq yarandı - VİDEO  |     22:14 Şirvanda ata oğlunun toyunda həbs edildi  |     22:08 AYNA müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır  |     22:03 Rusiyada azərbaycanlıya beşillik qadağa: Ölkədən çıxarıldı  |     21:56 Leyla Əliyeva Madriddə xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO  |     21:49 Azərbaycana ən çox ət bu ölkələrdən gətirilir - RƏSMİ  |     21:43 Gecə restoranın mətbəxinə girdi, samovar və kilolarla ət apardı  |     21:36 Mərkəzi Bank niyə əlavə dollar alır?  |     21:31 Dünya sürətlənib: Saatlardan ilk dəfə bir saniyə çıxarıla bilər  |     21:22 Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama  |     21:17 Xəzər üçün qorxulu proqnoz: 2050-ci ilə qədər...  |     21:11 Rusiyadan ABŞ və İrana ÇAĞIRIŞ  |     21:04 Şəmkirdə istixanada yanğın olub - VİDEO  |     20:59 Bu küçədə hərəkət məhdudlaşdırılacaq  |    
Left Banner
Right Banner

BMT rəsmisi: “Sentyabrda Əfqanıstanda ərzaq ehtiyatları tükənəcək”

01.09.2021 22:23 1 065
BMT rəsmisi: “Sentyabrda Əfqanıstanda ərzaq ehtiyatları tükənəcək”
“Taliban”ın nəzarətinə keçən Əfqanıstanda ərzaq ehtiyatları sentyabr ayında tükənəcək”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) humanitar məsələlər üzrə Əfqanıstandakı xüsusi koordinatoru Ramiz Ələkbərov qatıldığı mətbuat konfransında bildirib.

R.Ələkbərov uzun illərdir davam edən müharibədən sonra ölkənin “Taliban”ın rəhbərliyi altında üzləşdiyi çətinliklərə aclıq böhranının da əlavə olunduğunu, 38 milyonluq ölkə əhalisinin təxminən üçdə birinin böhran səviyyəsində ərzaq qıtlığı ilə üzləşdiyini deyib: “Qışın yaxınlaşması və şiddətli quraqlığın davam etməsi şəraitində əhalini qidalandırmaq üçün daha çox vəsaitə ehtiyac var. “Taliban” bu həftə Amerika qüvvələrinin çıxarılması ərəfəsində ölkəyə nəzarəti ələ keçirdi. İndi onlar beynəlxalq yardımlara çox güvənən və hər gün pisləşən iqtisadi böhran şəraitində olan xalqı idarə etməlidirlər”.

BMT-nin bölgədə humanitar yardım missiyasını davam etdirdiyini deyən R.Ələkbərov ən böyük humanitar dəstəyi Əfqanıstanla sərhəd Pakistandan aldıqlarını deyib.скачать dle 11.3
Mojo.az Banner