Mojo.az Banner
23:01 Şəmkirdə 62 yaşlı kişi bazarda öldü  |     22:52 Azərbaycan Ordusunun hərbi qulluqçuları Kəlbəcərdə minaya düşüblər  |     22:43 Son 34 ildə Azərbaycanda doğulan uşaqların sayı 2 dəfə azalıb  |     22:29 Paytaxtda reklam özbaşınalığı: Vətəndaşın qapısına icazəsiz kağız yapışdırdılar - Video  |     22:10 Azərbaycanlı döyüşçü UFC-də: Fərman Həsənovun Bakıdakı rəqibi bəlli oldu  |     22:05 25 günün əsgəri vəfat etdi - FOTO  |     21:43 Leninin nəslindən olan Yelena Ulyanova öldü  |     21:41 Parataekvondoçumuz Avropa çempionatında gümüş medal qazanıb  |     20:47 Mağazadan seyf oğurlayan şəxs saxlanıldı  |     20:40 Sağlam qocalma üçün 8 əsas faktor açıqlandı  |     20:34 Daha 8 azərbaycanlı Ukraynada həlak oldu - ADLAR  |     20:26 DÇ-2026 azarkeşləri üçübn bilet şoku: Yanacaq böhranı xərcləri artırdı  |     20:20 Armatur satışı adı altında 190 minlik dələduzluq - 4 nəfər saxlanıldı  |     20:13 Gələn il veteran pulu ARTIRILACAQ?  |     20:08 "Sabah"- "Neftçi" oyununun başlama tarixi açıqlanıb  |     20:00 Burada uşaqlar hər gün Kürü qayıqla keçib məktəbə gedirlər - Video  |     19:55 Paşinyan Putinin "boşanma" sözünə belə cavab verdi  |     19:41 Benzinlə manqal yandırmaq istəyən Şəmkir sakini öldü  |     19:34 Millimiz Gürcüstana məğlub oldu  |     19:29 Sabah Azərbaycanda 30 dərəcə isti olacaq  |    
Left Banner
Right Banner

Vaksinlər enerji içkilərinin soyuducusunda saxlanılır - FOTO

30.08.2021 20:31 1 491
Vaksinlər enerji içkilərinin soyuducusunda saxlanılır - FOTO
Ölkəmizdə COVID-19-a qarşı istifadə olunan vaksinlər enerji içkilərinin soyuducusunda saxlanılır.

Bu faktı əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Sözügedən fotolar insanlar arasında birmənalı qarşılanmayıb və geniş müzakirəyə səbəb olub.

Bir çox şəbəkə istifadəçiləri eyni mənzərə ilə digər peyvənd məntəqələrində də qarşılaşdıqlarını bildiriblər. Onların verdiyi məlumata görə, Lökbatanda, Xırdalanda, Zabratda, Şəkidə, Göyçayda yerləşən tibb müəssisələrində də vaksinlər “Bonaqua”, “Borjomi” “Bizon” və “Hell” soyuducularında saxlanılır.

Bəziləri bunun reklam xarakterli olduğunu düşünür. Yəni tibb müəssisəsi ilə müvafiq şirkətlər arasında razılaşdırılmış bir reklam... Bir qrup insan isə vaksinlərin bu tip soyuducularda saxlanılmasını belə izah edib: “Peyvənd enerji içkiləri kimi təhlükəli və ziyanlıdır, bununla da ona işarə verirlər”.

Vaksinlərin bu cür şəraitdə saxlanılmasına etiraz edən insanlar bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyini (TƏBİB) günahlandıraraq bildiriblər ki, bu səbəbdən peyvəndlənmənin əhaliyə heç bir faydası yoxdur:

“Koronavirus vaksinləri mənfi 4 və mənfi 76 dərəcədə saxlanılmalıdır. Bu soyuducular maksimum 3, yaxud 2 dərəcə soyuq saxlaya bilir. Bununla da axmaq insanların ucbatından vaksinin bir faydası qalmır”.

Qeyd edək ki, yayılan fotonun Yasamal rayonu 16 saylı şəhər poliklinikasında çəkildiyi bildirilir.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə əlaqə saxlasaq da, sorğumuza cavab ala bilmədik.


//Bakupost.az
скачать dle 11.3
Mojo.az Banner