Mojo.az Banner
20:29 Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr (SİYAHI)  |     20:21 Elza Seyidcahan Rəşid həkimi 500 manat cərimələtdirdi  |     20:16 Xalq artisti əməliyyat edildi  |     20:08 Avtomobil gətirmək adı ilə 385 minlik dələduzluq etdi  |     20:02 Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə  |     19:54 Uşağın qanında psixotrop dərman aşkarlandığı iddia olundu - Direktor işdən çıxarıldı  |     19:49 Azərbaycanda daha 12 nəqliyyat vasitəsi özəlləşdirilib  |     19:42 Lombarddan 22 min manatlıq oğurluq edildi  |     19:37 "Bəzi məhsulların qiymətlərinin artması hər birimizi düşündürür" - Komitə sədri  |     19:30 Nazirlik havaların soyuması ilə əlaqədar əhaliyə müraciət etdi - VİDEO  |     19:24 Tacikistanın 8 vətəndaşı Azərbaycanda təhsil alacaq  |     19:15 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb  |     19:10 Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanıldı  |     19:03 Kirayə mənzil üçün yeni müraciətlərin qəbulu niyə dayandırıldı? - VİDEO  |     18:47 Yumurta bişirəndə bu səhvləri etməyin  |     18:42 Rusiyada bazara BASQIN: azərbaycanlılar cərimələndi - VİDEO  |     18:33 Valideynlərin nəzərinə: Uşaq oyuncaqları ilə bağlı yeni və sərt tələblər təsdiqləndi  |     18:31 84 yaşlı kişi silahdan açılan atəş nəticəsində öldü  |     18:28 Bakıda 3 nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğın: "Loft Klinika"nın direktoru məhkəmədə ifadə verdi  |     18:11 Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT İnsan Hüquqları Şurasında qəbul edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Texniki baxış şöbəsində vətəndaşdan rüşvət alınıb? - DİN-dən AÇIQLAMA

30.08.2021 17:01 1 458
Texniki baxış şöbəsində vətəndaşdan rüşvət alınıb? - DİN-dən AÇIQLAMA
Vətəndaş Xırdalanda yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan və texniki baxış şöbəsində ondan rüşvət alındığını iddia edib.

Bu barədə vətəndaş Rüfət Mədətli Oxu.Az-ın redaksiyasına şikayət ünvanlayıb.

O iddia edib ki, tanışının avtomobilini alqı-satqı əməliyyatı üçün şöbəyə gətiriblər. Bu zaman onlardan pul tələb edilib:

“İlkin olaraq ərizə çapı üçün 10 manat istənildi, vermədik və ərizəni özümüz doldurduq. Daha sonra hansısa inspektor heç bir səbəb olmadan 10 manat istədi, onu da vermədik. Qanunla maşının 50-60 manatlıq dövlət rüsumuna görə, guya nəsə texniki səhv taparaq bizdən 130 manat pul aldılar”.

Məsələ barədə Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq.

Qurumun İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Namidan Piriyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ barədə araşdırılma aparılır:

“Bildirmək istəyirəm ki, vətəndaş məlumatı dəqiqləşdirmədən informasiya yayır. Vətəndaşın özü yox, tanışı maşını alqı-satqı edib. Çox güman ki, iddia etdiyi 130 manat pul rüsumun məbləğidir. Vətəndaş şikayət ünvanlayanda nəqliyyat vasitəsinin buraxılış ili, mühərrikinin həcmi və s. barədə məlumatları təqdim etməyib.

Çünki rüsum hər maşının mühərrikinin həcmindən, istehsal ilindən asılı olaraq dəyişir. Dövlət qeydiyyatı zamanı konkret bir rüsumun alınması deyə bir şey yoxdur. Avtomobil var ki, qeydiyyat zamanı rüsumu 1 500 manatdır. Vətəndaşın dediyi məsələ ilə bağlı araşdırma aparılır”.скачать dle 11.3
Mojo.az Banner