Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Mehriban Əliyeva yeni dünya rekorduna imza atan idmançımızı təbrik edib - FOTO

28.08.2021 21:16 2 427
Mehriban Əliyeva yeni dünya rekorduna imza atan idmançımızı təbrik edib - FOTO
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram” hesabında paylaşım edərək yeni dünya rekorduna imza atan idmançımızı təbrik edib.

Paylaşımda deyilir:

“Bizim növbəti qələbəmiz! Milli yığmamızın atleti Həmid Heydəri Azərbaycan üçün yeddinci qızıl medalı qazandı! Nizə atma yarışlarında o, 51,42 metr nəticə göstərərək yeni dünya rekorduna imza atdı. İdmançımızı səmimi qəlbdən təbrik edir və milli yığmamıza yeni nailiyyətlər arzulayıram!”

Son xəbərlər