"Aberdin" - "Qarabağ" oyunu başlayıb
"Report"un məlumatına görə,"Pittodri" stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürüb.
Görüşü avstriyalı Harald Lexnerin başçılıq etdiyi hakimlər briqadası idarə edir.
Qeyd edək ki, Bakıdakı ilk matçda Ağdam təmsilçisi minimal hesablı qələbə qazanıb - 1:0.
