Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Kəlbəcər və Qubadlıya hərbi prokuror təyin olundu

25.08.2021 18:58 1 482
Kəlbəcər və Qubadlıya hərbi prokuror təyin olundu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “İşğaldan azad olunmuş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında” 1 aprel 2021-ci il tarixli Sərəncamına əsasən, Qubadlı və Kəlbəcər Hərbi Prokurorluqları yaradıldıqdan sonra Baş prokuror Kamran Əliyevin müvafiq əmrləri ilə qeyd olunan hərbi prokurorluqların struktur və ştat tərkibi müəyyən edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.

Bundan başqa, müvafiq əmrlərlə Bayramov Mahir Ələmdar oğluna Kəlbəcər hərbi prokuroru, Mürsəlov Elşən Xıdır oğluna Qubadlı hərbi prokuroru vəzifələrinin icrası həvalə edilib.

Son xəbərlər