Mojo.az Banner
23:02 45 yaşlı aktyor evində ölü tapıldı  |     22:51 "Qızıl top" mükafatı qaydalarında dəyişiklik olunacaq  |     22:46 Azərbaycana düyü idxalı azalıb  |     22:40 Dənizin ortasında susuzluqdan öldülər  |     22:34 İran hərbi çağırış yaşını 12-yə endirdi  |     22:27 Salah A Seriyasına qayıda bilər  |     22:20 Abbas Əraqçi humanitar yardımlara görə Azərbaycan dilində ölkəmizə təşəkkür etdi  |     22:15 "Bu sözüm sənətçilərin xətrinə dəyir" - Zamiq Hüseynov  |     22:06 İranda su anbarı atəşə tutuldu  |     22:01 Mingəçevir su anbarında itkin düşən 5 nəfər tapıldı  |     21:56 Kəlbəcərdə yük avtomobili dərəyə aşdı: Ölənlər var - ADLAR  |     21:48 İran Əbu-Dabidə zavoda zərbələr endirdi: Yaralılar var  |     21:42 Azərbaycandan Rusiyaya ixrac artıb  |     21:37 106 nömrəli marşrut xəttində gecikmələr baş verir? - AÇIQLAMA  |     21:31 Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanıldı  |     21:24 "Dünyada dəyişikliklər fonunda qarğıdalı yeyirik"  |     21:19 Vərəm xəstəliyinə niyə kişilər daha çox yoluxur?  |     21:08 Bakıda "Xruşovka"lar yeni investisiya aləti kimi istifadə edilir? - Video  |     21:00 Hakan Fidan Pakistana səfər edəcək  |     20:54 Novruzdan sonra əl yandıran qiymətlər: Çərəzlər ucuzlaşmadı - VİDEO  |    
Left Banner
Right Banner

Türkiyədə Azərbaycan mədəniyyət çadırının açılışı olub

24.08.2021 19:24 798
Türkiyədə Azərbaycan mədəniyyət çadırının açılışı olub
Türkiyənin də Bitlis şəhərinin Ahlat rayonunda Malazgirt zəfərinin 950-ci ildönümü münasibətilə keçirilən tədbirlər çərçivəsində Azərbaycan mədəniyyətini tanıtmaq məqsədilə qurulan çadırın açılış mərasimi keçirilib.

“Report” xəbər verir ki, tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və Qars şəhərindəki baş konsulu Nuru Quliyev, yerli ictimaiyyətin nümayəndələri, KİV və QHT təmsilçiləri iştirak ediblər.

Yerli hakimiyyət orqanlarının təmsilçiləri və ictimaiyyət nümayəndələri Azərbaycan çadırını ziyarət edib, ölkəmizə və xalqımıza məhəbbətlərini ən həssas yanaşmalarla tərənnüm ediblər.

Naxçıvan Dövlət Filarmoniyasının “Şuşa” muğam qrupu möhtəşəm ifası ilə Azərbaycan çadırının qurulduğu məkanda özünəməxsus canlanma yaradıb.

Əməkdar artist, xanəndə Zülfüqar Mahmudovu tarda Sərxan Abdullayev, kamançada Nurlan Nuriyev müşayiət ediblər.

Avqustun 26-dək davam edəcək tədbir çərçivəsində çərpələng uçuşları, uşaq oyunları, oxçular, atlı oxçular, cıdır yarışları, dəri sənəti və s. bölmələr fəaliyyət göstərəcək.

Qeyd edək ki, Azərbaycanın Ankaradakı səfirliyi və ölkəmizin Qars şəhərindəki baş konsulluğu tərəfindən birgə qurulan çadırda yerləşdirilmiş monitorda Azərbaycanın tarixi, mədəniyyəti, şanlı Qarabağ hərb zəfəri, eləcə də Türkiyə dövlət başçısının ölkəmizə səfəri çərçivəsində Şuşa şəhərini ziyarəti, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birlikdə görüntülərini əks etdirən kadrlar nümayiş olunur. Çadır Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə bəzədilib. Burada Azərbaycan tarixini və mədəniyyətini, vətənimizin əsrarəngiz gözəlliyini əks etdirən portretlər, maraqlı kitablar, istehsal məhsulları, milli geyimlər, suvenirlər nümayiş olunur. Ümumiyyətlə bu möhtəşəm məkanda təmsilçilik Azərbaycan həqiqətlərinin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.

Xatırladaq ki, Malazgirt döyüşləri 1071-ci ilin avqustunda Səlcuqlar dövləti ilə Bizans imperiyası arasında baş verib və türklərin qələbəsi ilə yekunlaşıb.
скачать dle 11.3
Mojo.az Banner