Müəllimlərin nəzərinə: Peyvəndə əks göstərişlə bağlı vahid konsepsiya təhsil şöbələrinə verilib - RƏSMİ
Bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev deyib.
Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin peyvəndə əks göstərişlə bağlı vahid konsepsiyası artıq təhsil şöbələrinə paylanılıb:
“Bu sənədə uyğun vaksin olunmayan 35 min təhsil işçimiz vahid əks-göstəriş sertifikatı təqdim etməlidir. Bu sənədi təqdim etməyənlər heç olmazsa sentyabrın 15-ə qədər I dozanı vurdursunlar”.
