Mojo.az Banner
22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |     21:05 “WhatsApp” hesabınıza giriş bağlana bilər - Xəbərdarlıq  |    
Mojo.az Avto
Mojo.az Avto

Sentyabrın 1-dən bu şəxslər ticarət və iaşə obyektlərinə buraxılmayacaq - XƏBƏRDARLIQ

23.08.2021 12:24 2 718
Sentyabrın 1-dən bu şəxslər ticarət və iaşə obyektlərinə buraxılmayacaq - XƏBƏRDARLIQ
Sentyabrın 1-dən koronavirus vaksini vurdurmayan şəxslər iri ticarət və ictimai iaşə obyektlərinə buraxılmayacaq.

Bu barədə Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, peyvənd olunmayan şəxs obyektə daxil olarsa, həmin vətəndaş deyil, obyekt sahibi cərimələnəcək.

"Bu prosesə məsuliyyəti həmin obyektin sahibi daşıyır. Ona görə də obyekt sahibi bu məsələdə məsuliyyətli olmalıdır”, - deyə Elşad Hacıyev vurğulayıb.

Polislər bu işə ciddi nəzarət həyata keçirəcək: "Monitorinq qrupları yaradılacaq. Bu qruplarda xidmətə cəlb olunan polis əməkdaşları həm xidməti, həm də mülki geyimdə olacaqlar”.

Elşad Hacıyev həmçinin vurğulayıb ki, hər hansısa obyektə daxil olan şəxs ən azı birinci dozanı qəbul etməlidir:

"Sentyabrın 1-dən koronavirus infeksiyasına qarşı birinci doza peyvənd olunan şəxslər iri ticarət və ictimai iaşə obyektlərinə buraxılacaq.

Oktyabrın 1-dən isə iki doza peyvəndi qəbul etməyən şəxslərin bu tip obyektlərə buraxılması qadağandır".


скачать dle 11.3
Mojo.az Banner