Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Prezident: "Biz gəldik, bayrağımızı qaldırdıq, düşməni qovduq torpağımızdan"

16.08.2021 23:44 1 275
Prezident:
“Qamışlı kəndi. Burada bizim enerji infrastrukturumuz və yüksək gərginlikli xətlər bu yaxınlarda çəkilib”.

Median.Az
xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcərə səfəri zamanı deyib.

“Bu asfalt yolunu ermənilər Basarkeçərdən Kəlbəcərə getmək üçün çəkiblər. Laçın dəhlizinə alternativ yol çəkmişdilər. Gözəl də yoldur. Bu yol çəkiləndə Azərbaycan tərəfi buna etiraz etmişdi. Deyirdik ki, buna yol vermək olmaz. Bu, ermənilərin məskunlaşma siyasətinin bir hissəsidir. Ancaq bizi eşidən olmadı. Nəticədə biz gəldik, bayrağımızı qaldırdıq, düşməni qovduq torpağımızdan. Və indi bu yoldan istifadə edirik”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

Dövlət başçısının görüntülərini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqramdakı hesabında paylaşıb.

Son xəbərlər