Mojo.az Banner
16:33 Bakıda ərini öldürürərək həyətdə basdırmaqda təqsirləndirilən qadına hökm oxunub  |     16:26 "Fənərbağça"nın istefa verən baş məşqçisi yoxa çıxdı  |     16:21 Bakıda avtobus dayanacağının nişanı görünməz olub - FOTO  |     16:21 Qan və alkoqol testlərinə bir milyon manat xərclənəcək  |     16:13 Azərbaycanda nəqliyyat xidmətlərinin həcmi artıb  |     16:07 Şəkidə dörd nəfəri çaqqal dişləyib - FOTO  |     16:00 Günəşdə şiddətli partlayış ehtimalı var  |     15:55 Xaçmazda əməliyyat: Yeddi nəfər həbs edildi  |     15:47 Azərbaycanda son 30 ildə yağıntıların miqdarı azalıb  |     15:46 Məktəb üçün bir uşağa 250-300 manat pul lazımdır – Açıqlama  |     15:44 Tələbələrə ŞAD XƏBƏR: Təqaüdlər bu tarixdən arta bilər  |     15:41 Naxçıvanda 250 min manatlıq dələduzluq: Saxlanılan var - FOTO  |     14:24 Şənbə günü 31° isti olacaq  |     14:19 Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən şəxslərə hökm oxundu  |     14:12 "Ən böyük qiymət artımı Ermənistandadır" - Paşinyan  |     14:08 Xaçmazda 7 nəfər həbs edildi  |     14:02 "Son 10 ildə şagirdlərin savadlılığı artıb" - Məleykə Abbaszadə  |     13:57 Tbilisiyə 53 min sərnişin səfər edib - FOTO  |     13:49 İordaniyaya vizasız getmək mümkün olacaq  |     13:43 Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Prezident: “Qarabağın və Şərqi Zəngəzurun bərpası üçün kifayət qədər maliyyə vəsaiti toplanıb”

14.08.2021 21:51 1 176
Prezident: “Qarabağın və Şərqi Zəngəzurun bərpası üçün kifayət qədər maliyyə vəsaiti toplanıb”
“Təbii ki, 30 il Vətən həsrəti ilə yaşamış insanlar tezliklə öz yurdlarına, öz torpağına qayıtmaq istəyirlər. Ancaq onu da çox yaxşı bilirlər ki, orada bütün evlər, bütün şəhərlər dağıdılıb. Ağdam şəhəri yoxdur. Ağdam şəhərində 30 mindən çox insan yaşayırdı. Şəhərdə bir dənə salamat bina qalmamışdır. Yəni, bütün binaları işğal dövründə erməni vəhşiləri yerlə bir etmişlər. Həmçinin Füzuli şəhəri də, digər şəhərlər və bütün kəndlər də. İnsanlar yüz kilometrlərlə yol qət edirlər və yol boyunca görürlər ki, sağ-sol, hər tərəf dağıdılıb, yəni, qayıtmağa yer yoxdur”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində deyib.

“Azərbaycan Prezident vurğulayıb ki, qayıdış üçün bizə zaman lazımdır. Çünki 30 il ərzində ermənilər o yerləri dağıdıblar və bu gün oranı bərpa etmək əlbəttə ki, vaxt tələb edir. Bizim burada əsas rəqibimiz zamandır. Çünki Qarabağın və Şərqi Zəngəzurun bərpası üçün kifayət qədər maliyyə vəsaiti toplanıb və səfərbər olunub. Amma bizim əsas rəqibimiz zamandır və hər kəs anlamalıdır ki, burada da zamana ehtiyac var. Lakin biz vətəndaşlarımızı ən qısa müddət ərzində qaytaracağıq. Birinci pilot layihə artıq gerçəkləşir, Zəngilan rayonunda 3 kəndi birləşdirən bir layihə bu ilin sonuna, ya da ki, gələn ilin əvvəlinə hazır olacaqdır. Bu yaxınlarda yenə də bir neçə kəndin planı mənə təqdim edildi, təsdiqləndi. Yaxın gələcəkdə o kəndlərin də layihələri icra ediləcək və tədricən biz insanları bölgələrə qaytaracağıq”.скачать dle 11.3
Mojo.az Banner