Qubada yük və minik avtomobilləri toqquşdu: Xəsarət alanlar var
“Report”un şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba rayonunun İsnovqışlaq kəndi yaxınlığında qeydə alınıb.
Belə ki, “Shachman” markalı yük avtomobili ilə “Niva” markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Hissəsinin Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub.
