Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Zibil anbarına çevrilən kənd küçə itləri üçün oylağa dönüb - VİDEO

10.08.2021 16:01 915
Zibil anbarına çevrilən kənd küçə itləri üçün oylağa dönüb - VİDEO
Xaçmazda yerləşən məişət tullantıları poliqonunda zibil qoxusunun ətrafa yayılması sakinlərin narazılığına səbəb olur.

Baku TV xəbər verir ki, rayonunun Hacıəlibəy kəndinin sakinləri əraziyə atılan heyvan cəsədlərinin ətrafa yaydığı kəskin iydən evdə oturmağın, hətta yoldan keçməyin belə mümkün olmadığını deyirlər.

Kəsilən heyvanların qalıqlarının da məhz bura atılması ərazini həm də sahibsiz itlərin oylağına çevirib. Vətəndaşlar bir yandan üfunət qoxusundan, digər tərəfdən də itlərin əlindən zara gəliblər. Dediklərinə görə, dəfələrlə sayları günü-gündən artan sahibsiz itlərin hücumuna məruz qalıblar.

Yaranan mənzərə xüsusilə yaxınlıqda yaşayan sakinlərin ciddi narahatlığına səbəb olur. Onlar əraziyə zibil qutularının qoyulmasını, həmçinin tullantıların vaxtı-vaxtında daşınmasını istəyirlər. Vətəndaşların üzləşdikləri bu xoşagəlməz vəziyyətə aydınlıq gətirmək məqsədilə kənd bələdiyyəsinin qapısını döydük. Bələdiyyə sədri ərazini elə sakinlərin özlərinin zibil poliqonuna çevirdiyini bildirdi. Bununla belə, məişət tullantılarının daşınacağına, yaxın günlərdə ərazinin təmizlənəcəyinə söz verdi.

Son xəbərlər