Mojo.az Banner
23:05 Qaxda dava: Tərəflər bir-birinə xəsarət yetirdilər  |     22:19 Qonşunun quraşdırdığı kamera sakinin narazılığına səbəb oldu - VİDEO  |     22:01 ABŞ-nin Azərbaycandakı səfirliyi beş gün bağlı olacaq  |     21:39 Əhalinin NƏZƏRİNƏ: Martın 20-də... – FOTO  |     21:31 20 qəpik Azərbaycanda, 7 manat qonşuda - FOTO  |     21:25 Tramp İrana hücum barədə müttəfiqləri əvvəlcədən xəbərdar etməməsinin səbəbini açıqladı  |     21:13 Britaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi  |     20:58 "Neftçi" "İmişli" ilə matça itki ilə çıxacaq  |     20:53 Gəncədə 34 yaşlı şəxs bıçaqlandı  |     20:39 Pula qənaət üçün faciə riski yaradan elektromobil sahibləri - Video  |     20:28 Hacıqabulda avtomobillər toqquşdu - Yaralılar var  |     20:19 Azərbaycan-NATO tərəfdaşlığının perspektivləri müzakirə olunub  |     20:00 Bakıda daha bir marşrut nağdsız ödəniş sisteminə keçir  |     19:48 QMİ Ramazan bayramı ilə bağlı fətva VERDİ  |     19:45 Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib  |     19:42 Dövlət qulluğunun vəzifələri üzrə maaşın minimum məbləğləri müəyyənləşib  |     19:30 Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib  |     19:23 Axtarışda olan şəxs Ukraynadan Azərbaycana gətiriləcək  |     19:14 Paşinyan müxalifəti Azərbaycanla yeni müharibəyə hazırlıq görməkdə ittiham etdi  |     19:04 Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - Video  |    
Left Banner
Right Banner

DTX-nın həbs etdiyi sabiq icra başçısı və müavininə hökm oxundu

07.08.2021 14:28 1 560
DTX-nın həbs etdiyi sabiq icra başçısı və müavininə hökm oxundu
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyatla saxlanılan Ağstafanın sabiq icra başçısı və müavininin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev 9 il, onun müavini Ramiz Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər.

Hökmə əsasən, qeyd olunub ki, məhkəmə cinayət yolu ilə əldə edilmiş vəsaitlərə görə, istintaqla üzərinə həbs qoyulmuş əmlakların dövlətin xeyrinə xüsusi müsadirə olunması barədə qərar qəbul edib.

Qeyd edək ki, DTX-nın yaydığı məlumata görə, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin müntəzəm olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair əsaslı şübhələr yaranıb. Belə ki, Nizaməddin Quliyevin rayon icra hakimiyyəti başçısının müavini Ramiz Tatarovun vasitəsilə 2019-cu ilin may ayından etibarən yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib. Nizaməddin Quliyevin müavini Ramiz Tatarov vasitəsilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib. Bununla yanaşı, Nizaməddin Quliyevin səhiyyə, təhsil və digər yerli dövlət təsisatları rəhbərlərindən büdcə vəsaitləri hesabına yerli dövlət orqanlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsinin nağdlaşdırılaraq ona təqdim olunmasını tələb etməsi və alması, ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib. Nizaməddin Quliyev və müavini Ramiz Tatarovun xidməti otaqlarında keçirilən baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb. Nizaməddin Quliyev və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar.скачать dle 11.3
Mojo.az Banner