FED: "Hazırda faiz dərəcəsinin artırılması gündəmdə deyil"
“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə Vaşinqtonda yerləşən Beynəlxalq İqtisadiyyat üzrə Piterson İnstitutu tərəfindən keçirilən videokonfransda FED sədr müavini Riçard Klarida bildirib.
FED-in ehtimalına görə, gələn ilin sonunda ölkənin əmək bazarında ən yüksək məşğulluq səviyyəsi olacaq, inflyasiya isə 2 faiz səviyyəsində qeydə alınacaq. 2023-cü ilin sonunda isə faiz dərəcəsinin ikiqat artırılacağı gözlənilir.
Qeyd edək ki, cari ilin birinci rübündə ABŞ-da ÜDM illik 6,3 faiz, ikinci rübündə isə 6,5 faiz artıb. İyulun sonunda təməl faiz dərəcəsi 0-0,25 səviyyəsində saxlanılıb.
