Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Türkiyədə meşəyə getmək qadağan olunub

30.07.2021 21:00 1 407
Türkiyədə meşəyə getmək qadağan olunub
Türkiyənin 18 vilayətində meşə massivlərinə giriş qadağan olunub.

Bu barədə ölkə KİV-i məlumat yayıb.

Qadağaların meşə yanğınlarıyla bağlı olduğu və bəzi vilayətlərdə avqustun sonunadək, bəzilərində isə xüsusi göstərişədək qüvvədə qalacağı bildirilib.

Qeyd edək ki, Türkiyənin kənd və meşə təssərrüfatı naziri Bəkir Pakdəmirlinin öz “Twitter” səhifəsində açıqladığı son məlumatlara görə, hazırda 70 meşə yanğını nəzarət altına alınıb, 11 yanğın ocağında isə müvafiq istiqamətdə işlər davam etdirilir.

Son xəbərlər