Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda idman zalında yarış keçirən şəxs saxlanıldı

28.07.2021 21:33 834
Bakıda idman zalında yarış keçirən şəxs saxlanıldı
Sosial şəbəkələrdə idman yarışının keçirilməsi ilə bağlı yayılan görüntülər araşdırılıb.

DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev "Report"un sorğusuna cavab olaraq bildirib ki, antinarkotik təbliğatı adı altında keçirilən yarış iyul ayının 27-də saat 22:30 –23:30 radələrində paytaxtın Xətai rayonu, Şirvani küçəsində yerləşən idman zalında təşkil olunub.

Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsində xüsusi karantin və ictimai qayda pozuntusu ilə müşaiyət olunan yarışla bağlı Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsinə uyğun olaraq cinayət işi, İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddələrinə müvafiq olaraq inzibati icraat başlanıb.

Yarışın təşkilatçısı olan ictimai birliyin rəhbəri, 1984-cü il təvəllüdlü Elçin Çobanzadə müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıb.

Yarışın iştirakçıları və tamaşaçıları ilə bağlı araşdırmalar davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner