Mojo.az Banner
19:49 Paşinyan İrana gedir  |     19:38 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək  |     19:32 Sabiq idarə rəisi 600 minlik mənimsəmədə ittiham olunur  |     19:31 "Qəbələ" milli komandamızın qolkiperi barədə qərar verdi  |     18:52 Qazaxda yeniyetmə çayda batıb  |     18:49 Səhiyyə Nazirliyinin sabiq idarə rəisi yarım milyonluq mənimsəmədə ittiham olunur  |     18:37 Sabunçuda ağır QƏZA: Ölən və yaralanan var  |     18:21 "Qəbələ" milli komandamızın qolkiperi barədə qərar verdi  |     18:09 Nazirin müavinlərinin sayı artırıldı (FƏRMAN)  |     17:58 Namizəd Səfərovun məhkəməsi oldu  |     17:49 Bakıda nəvəsi az bal toplayan qayınata gəlininə xəsarət yetirdi  |     17:39 Başqasının yerinə imtahana girmək istədi - Nəticələri ləğv olundu  |     17:26 Bakıda 10 marşrut üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirildi  |     17:14 10 aptekdə nöqsanlar aşkarlandı  |     17:09 Bakının mərkəzində iki yol bağlanacaq  |     17:00 Azərbaycanda repetitorluq ləğv ediləcək? - AÇIQLAMA  |     16:56 Bakıda minib-düşmə yeri zəbt edilib - VİDEO  |     16:51 “Polis Günü”nə həsr olunan fləşmob keçirilib - VİDEO  |     16:43 “AS Group”a aid olan “4You” MTK Bakıda yaşıllıqları məhv etdi - Materiallar prokurorluğa göndərildi  |     16:38 Xamenei ilə vida mərasimində 100 ölkədən nümayəndə iştirak edəcək  |    
Left Banner
Right Banner

Lənkəranda “patı” satan doqquz nəfər saxlanıldı

27.07.2021 13:18 2 667
Lənkəranda “patı” satan doqquz nəfər saxlanıldı
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə “patı” və “şüşə” (metamfetamin) kimi tanınan psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olan doqquz nəfər rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakinləri Zöhrab İbadov, Ramin Abdullayev, Azər Rüstəmov və Sabir Vəliyev saxlanılıb.

Onlardan satış üçün nəzərdə tutulan hazır bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

S.Vəliyevin həmçinin Lənkəran şəhəri ərazisindəki evlərdən birindən mobil telefon oğurladığı da müəyyən edilib. Həmin mobil telefon S.Vəliyevdən aşkarlanaraq maddi sübut kimi götürülüb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə rayon sakinləri Ramal Zeynallı, Füqan Qulizadə, Bəhruz Kərimov, Elşad Səfərov və Xalid Məmmədli saxlanılıblar.

Onlardan satış üçün nəzərdə tutulmuş hazır bükümlərdə heroin və metamfetamin, dörd ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.скачать dle 11.3
Mojo.az Banner