Mojo.az Banner
23:02 Təyyarə, yoxsa avtomobil? - Ölüm riskləri arasındakı fərq təəccübləndirir  |     22:57 Bu ailələrə müavinət verilə bilər  |     22:52 ABŞ səfirliyi qlobal terrorçuluğa qarşı birgə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür etdi  |     22:41 Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO  |     22:29 Gənclərin evlilikdən uzaqlaşmasının səbəbi nədir? – Psixoloqdan açıqlama  |     22:16 Süni intellektlə bağlı qorxulu PROQNOZ: onilliyin sonuna qədər bəşəriyyəti məhv edə bilər  |     22:08 Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb  |     22:00 Yanacaqdoldurma məntəqələrinin FIRILDAĞI - Pulu 20 litr, çənə 17 litr?  |     21:50 Gəncədə maşın piyadanı vurdu, vəziyyəti ağırdır  |     21:43 Məşhurların olduğu təyyarə təcili eniş etdi  |     21:35 Moskvadan sərt mesaj: "Üçüncü dünya müharibəsi alovlanır”  |     21:28 Direktor zəif şagirdləri məktəbdən çıxarırdı – NAZİR  |     21:17 “5 min manatımı ala bilmirəm” - Şəhid anası şirkət rəhbərindən şikayətçidir  |     21:14 Daha iki rayonda heyvan bazarlarının fəaliyyətinə icazə verildi  |     21:04 Daha bir klinika cərimələndi - Diplomsuzlar işləyirmiş  |     20:57 "Mançester Yunayted" yüzlərlə azarkeşin abonementini ləğv etdi  |     20:34 Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ  |     20:17 Fransanın mərkəzi bankı 1797-ci ildən bəri ilk dəfə defolt təhlükəsi barədə xəbərdarlıq edib  |     20:14 Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq  |     20:08 Bakıda sakinlərin həyatını “cəhənnəmə” çevirən nədir? - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Prezident: “Mənim cənab Putinlə çox yaxın əlaqələrim var, biz bir-birinə inanan siyasətçilərik”

22.07.2021 22:06 1 179
Prezident: “Mənim cənab Putinlə çox yaxın əlaqələrim var, biz bir-birinə inanan siyasətçilərik”
Rusiya Prezidentinin dəvəti ilə mən növbəti dəfə Rusiyaya səfər etmişəm və səfər zamanı çox geniş fikir mübadiləsi aparıldı - ilk növbədə, ikitərəfli məsələlərlə bağlı və əlbəttə, postmünaqişə vəziyyəti ilə bağlı.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

Dövlətimizin başçısı deyib: “İkitərəfli münasibətlərə gəldikdə, bildiyiniz kimi, Rusiya və Azərbaycan strateji tərəfdaşlardır və bu, sadəcə olaraq, söz deyil. Real həyatda da biz strateji tərəfdaşıq, çünki uzunmüddətli strateji əməkdaşlıq perspektivləri ilə bağlı fikir ayrılığı yoxdur. Bizim aramızda çox möhkəm dostluq əlaqələri var və şəxsən mənim cənab Putinlə çox yaxın əlaqələrim var, biz bir-birinə inanan siyasətçilərik. Bu, çox önəmlidir və bu səfər zamanı ikitərəfli məsələlərin gündəliyi müzakirə olundu”.

Azərbaycan Prezidenti qeyd edib ki, hazırda yeddi yol xəritəsi üzərində işləyirik. Hər bir yol xəritəsi konkret sahəyə aiddir. Hər bir sahə üzrə də yaxşı nəticələr var. Bu dəfə daha çox ticarət, iqtisadi, nəqliyyat, humanitar məsələləri müzakirə etdik. “Nəqliyyat məsələlərinə gəldikdə, əlbəttə ki, həm əvvəlki dövrdə razılaşdırılmış məsələləri, “Şimal-Cənub” nəqliyyat dəhlizini, perspektivlərini, eyni zamanda, müharibədən sonra yaranmış vəziyyəti, o cümlədən Zəngəzur dəhlizini və postmünaqişə dövrünü müzakirə etdik. Bizim yanaşmamızda fikir ayrılığı yoxdur. Biz - Rusiya və Azərbaycan hesab edirik ki, müharibə başa çatıb, münaqişə başa çatıb. Ermənistanda heç bir revanşist meyillərə yol verilməməlidir və bundan sonra bölgədə sülh olmalıdır. Müharibə riskləri minimuma endirilməlidir və aradan qaldırılmalıdır. Burada bizim aramızda heç bir fikir ayrılığı yoxdur, biz də eyni fikirdəyik. Zəngəzur dəhlizinə gəldikdə, mən cənab Putinə bildirdim ki, bizdə olan məlumata görə, Ermənistan bu məsələ ilə bağlı yenə də özünü səmimi aparmır. Fikir vermisinizsə, mən cənab Şarl Mişellə mətbuat konfransında dedim ki, bütün yollar paralel şəkildə açılmalıdır və selektiv yanaşma olmamalıdır, yəni ayrı-seçkilik olmamalıdır. Amma biz görürük ki, Ermənistan burada da növbəti dəfə hansısa oyun oynamaq istəyir”, - deyə Azərbaycan Prezidenti vurğulayıbскачать dle 11.3
Mojo.az Banner