Mojo.az Banner
23:04 Xameneinin oğlu ağır yaralandı  |     22:58 Yeni sədr özünə müşavir təyin etdi - FOTO  |     22:51 İran BƏƏ-yə PUA hücumları edir  |     22:45 Yaz Azərbaycana bu tarixdə daxil olacaq  |     22:38 İsrail bu əraziləri VURDU  |     22:26 Bakıda ata və oğlu faciəli şəkildə ÖLDÜ  |     22:20 Tiktokda rəy yazan arvadını döydü  |     22:12 Martın 16-da diqqətçəkən kosmik hadisə gözlənilir  |     22:05 Ötən gün Azərbaycanda axtarışda olan 144 nəfər aidiyyəti üzrə təhvil verilib  |     21:57 Bu şirə qan şəkərini sürətlə artıra bilər - Bir çox insan onu içir  |     21:50 Sırğasını satıb oğlunu işə düzəltmək istədi - Dələduzluğa məruz qaldı  |     21:44 Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib  |     21:33 ABŞ Dövlət Departamenti İranın Azərbaycana qarşı hücumunu pisləyib  |     21:30 Abşeronda itkin düşən kişinin meyiti tapıldı  |     21:05 DMM: "Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə qarşı dezinformasiya və təxribat xarakterli paylaşımlar müşahidə olunur"  |     20:54 Salyanda azyaşlını avtomobil vuraraq öldürüb  |     20:49 Təl-Əviv ərazisində həyəcan siqnalı verildi  |     20:40 Dubayda qızılın qiyməti ucuzlaşdı - SƏBƏB  |     20:31 İsrail Tehranın Mehrabad hava limanında 16 təyyarənin məhv edildiyini açıqlayıb  |     20:24 Serbiya PUA istehsalına başlayır: Prezident Vuçiç tarixi açıqladı  |    
Left Banner
Right Banner

Ukraynanın yeni daxili işlər naziri özünü Avakov kimi aparmayacaq - AÇIQLAMA

19.07.2021 13:57 639
Ukraynanın yeni daxili işlər naziri özünü Avakov kimi aparmayacaq - AÇIQLAMA
Ukraynadakı son günlərin əsas sensasiyası ölkənin ən nüfuzlu nazirlərindən biri Arsen Avakovun istefasıdır. O, yeddi ildən çox müddətdə Ukraynanın Daxili İşlər Nazirliyinə rəhbərlik edib.

Artıq Ukraynanın yeni daxili işlər nazirinin adı da məlumdur. Bu, “Xalqın xidmətçisi” fraksiyasının üzvü Denis Monastırskidir.

Ukraynalı politoloq, tarixçi, “Ukrayna Siyasəti” Fondunun rəhbəri Konstantin Bondarenko Caliber.Az-a verdiyi açıqlamada sabiq nazir barədə fikirlərini, həmçinin Denis Monastırskinin təyinatını və ondan olan gözləntiləri dəyərləndirib.

Ukraynalı politoloq Arsen Avakovunun dövründə Azərbaycan diasporunun nümayəndələrinin, iş adamlarının ona müraciətinin daxili işlər nazirliyinin sabiq rəhbəri tərəfindən reaksiyasız qalmasına münasibət bildirərkən vurğulayıb ki, onun Kiyev şəhərində bir çox azərbaycanlı ilə ünsiyyəti olsa da, bu barədə məlumatı olmayıb, lakin o, belə bir halın baş verməsini də istisna etməyib.

“Fikrimcə, şəxs olaraq kimin daxili işlər naziri olmasından, onun soyadının nə olmasından, etnik kimliyindən asılı olmayaraq ölkə vətəndaşlarının və ölkənin bütün sakinlərinin şikayətlərinə diqqətlə yanaşmaq lazımdır”, - deyə K. Bondarenko vurğulayıb.

Politoloq hesab edir ki, yeni nazirin əsas vəzifəsi daxili işlər nazirliyi sistemində nizam-intizam yaratmaq və bütün vətəndaşların hüquqlarının qorunmasını təmin etməkdir:

“Arsen Avakov Ukraynada vətəndaşların təhlükəsizliyi ilə bağlı problemlərin yaşandığı üçün dəfələrlə tənqid edilib. Burada hər cür radikal ünsürlər özlərini çox rahat hiss edirdilər. Bir çox qətl, şiddət, soyğunçuluq faktları baş verib. Bununla belə, onu da qeyd etmək lazımdır ki, son illərdə ağır cinayətlərin sayı bir qədər azalıb. Ancaq daxili işlər nazirliyi rəhbərliyinin əsas vəzifəsi bu kimi halları minimuma endirməkdir”.

Arsen Avakovun Ukraynada çox nüfuzlu bir şəxs olaraq qalması, onun “erməni soyqırımı” haqqında yazması, Ukraynanın strateji tərəfdaşı kimi Azərbaycanı dəstəkləyən Ali Radanın millət vəkilləri ilə söz davasına çıxmasına münasibət bildirən politoloq hesab edir ki, onun sələfinin dövründə bu kimi halların baş verəcəyini düşünmür.

“Nazir Denis Monastırski bu kimi mövzulara münasibət bildirməyəcək.

Arsen Avakov olduqca impulsiv insandır, hisslərini çox emosional şəkildə ifadə edir. Çox vaxt bir etnik erməni kimi, onun üçün “erməni məsələsi” birinci sıraya keçirdi və o, şərhlər verirdi. Mən əminəm ki, vətəndaş Arsen Avakov hansı vəzifədə çalışmasından asılı olmayaraq, gələcəkdə də bunu etməkdə davam edəcək. O, erməni olduğunu həmişə vurğulayıb, baxmayaraq ki, Azərbaycanda doğulduğu üçün erməni mövzusu onun üçün yad deyil”.скачать dle 11.3
Mojo.az Banner