Mojo.az Banner
12:23 Toyuq əti yeyən kişilərdə qadınlaşma gedir? — ŞOK Faktlar  |     12:03 Qazaxda avtomobil bir piyadanı vurdu, üç nəfər xəsarət aldı  |     11:26 Uşağınız dərsə getmirsə, bu xəbəri oxuyun – Valideynləri cərimə gözləyir?  |     11:07 Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı  |     23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |    
Mojo.az Avto
Mojo.az Avto

Sülhməramlılar Laçın dəhlizində gedib-gələnləri necə yoxlayır? - “Bəzən əsl tıxac yaranır”

10.07.2021 21:12 957
Sülhməramlılar Laçın dəhlizində gedib-gələnləri necə yoxlayır? - “Bəzən əsl tıxac yaranır”
Rusiya Müdafiə Nazirliyinin "Zvezda” telekanalı Laçın dəhlizindən, Rusiya sülhməramlılarının Azərbaycan-Ermənistan sərhədindəki bir nömrəli postundan reportaj hazırlayıb.

Reportajda sülhməramlıların Qarabağa gedib-gələnləri "necə ciddi yoxlamasından" söhbət açılır.

"Rusiyanın sülhməramlı missiyasının əsgəri nəzarət-buraxılış məntəqəsində avtomobilin yük yerini açmağı xahiş edirsə buna sözsüz əməl etmək lazımdır. Rusiya hərbçiləri baxışı bütün ciddiyyəti ilə həyata keçirir. Bu prosedurdan avtomobilin tipindən asılı olmayaraq heç bir sürücü qaça bilməz, dəxli yoxdur ki, avtobusdur, yoxsa yük maşını, yaxud adi minik maşınıdır”,-reportajda deyilir.

Telekanal qeyd edir ki, Azərbaycan və Ermənistan sərhədi bir nömrəli müşahidə postunun üç kilometrliyindən keçir. "Bu yerləri üstəlik "Qarabağın qapısı” adlandırırlar və Dağlıq Qarabağla Ermənistanı birləşdirən yeganə yol-Laçın dəhlizi məhz buradan başlayır”,-"Zvezda” müxbiri qeyd edir.

Bildirilir ki, məhz postun sərhədə yaxın olması sülhməramlıların üzərinə xüsusi məsuliyyət qoyur. Qarabağa keçid ancaq sənədlərin olması halında mümkündür, üstəlik bütün sərnişinlər üçün. Əks halda qayıtmaq lazım gələcək, heç kim üçün istisna nəzərdə tutulmur.

"Postun vəzifəsi Rusiya silahlı qüvvələrinin bu regionda iştirakını nümayiş etdirməkdir. Habelə Laçın dəhlizinə müəyyən texnikanın, həm hərbi, həm mülki nəqliyyatın giriş-çıxışına nəzarətdir”,-müşahidə postunun komandiri Aleksey Reşetnikov bildirir.

Reportaja əsasən pozuntu aşkarlanarsa, maşın saxlanılır və daşınması qadağan edilən bütün yüklər götürülür. Bəzən bu sərt qaydalara görə postda əsl "probka” yaranır, üstəlik maşınları tərk etmək qadağandır. "Küçədə 40 dərəcə istinin olduğu bir vaxtda maşında oturmaq, üstəlik əksər hallarda kondisioneri olmayan maşınlarda, -əsl sınaqdır. Amma yerli sakinlər bu tədbirlərə anlayışla yanaşırlar”,-telekanal bildirir.

"Bizim sülhməramlılar bu yerlərin istisinə dözürlər. Hərçənd öz növbələrini maşında oturub gözləyənlərdən fərqli olaraq onlar yandırıcı günəşdən kölgədə gizlənə bilməzlər. Üstəlik bütün dörd saatlıq növbəni döyüşçülər tam döyüş təchizatında keçirir”,-reportajda bildirilir.

Həmin postdan üç kilometr məsafədə Azərbaycan və erməni postları yerləşir. Bildirilir ki, belə "qonşuluq” sülhməramlılardan daim ayıq-sayıq olmağı tələb edir.

Qeyd edək ki, vaxtaşırı olaraq sosial şəbəkələrdə Rusiya sülhməramlılarının Laçın dəhlizinə girib-çıxanları tamamilə formal yoxladığını əks etdirən kadrlar da yayılır. /virtualaz.orgскачать dle 11.3
Mojo.az Banner