Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi bir dəfə keçiriləcək

10.07.2021 16:27 969
Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi bir dəfə keçiriləcək
Dövlət İmtahan Mərkəzi tərəfindən iyul ayı ərzində ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsinin təşkil olunması nəzərdə tutulub.

Bu barədə Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi birgə məlumat yayıb.

Məlumatda bildirilir ki, ali təhsil müəssisələrinə qəbul prosesi yalnız imtahanın keçirilməsi ilə məhdudlaşmır və bir-biri ilə sıx bağlı olan müxtəlif mərhələlərdən ibarətdir.

Belə ki, imtahanlarda yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların yoxlanılmasına 10-14 gün vaxt sərf olunur, imtahan nəticələri elan olunduqdan sonra apellyasiya prosesi, daha sonra ixtisas seçimi mərhələsi, boş qalan plan yerlərinə yenidən ixtisas seçimi, ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı və digər mərhələlər kifayət qədər vaxt tələb edir.

Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə razılığına əsasən, bu il I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsinin bir dəfə keçirilməsi ilə bağlı qərar qəbul olunub.

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ərizə verən abituriyentlər III ixtisas qrupu üzrə iyulun 14-də, II ixtisas qrupu üzrə iyulun 15-də , I və IV ixtisas qrupları üzrə isə 27-28 iyul tarixlərində keçiriləcək imtahanlarda iştirak etməlidirlər.скачать dle 11.3
Mojo.az Banner