Mojo.az Banner
16:06 "Bitcoin" sürətlə bahalaşdı  |     15:25 "Hizbullah" İsrailin ən böyük müdafiə şirkətinə zərbə endirib  |     15:19 Müştəri sifarişi qəbul etmirsə, pul kuryerdən tutulmalıdır?  |     14:58 25 milyon manat büdcəyə geri qaytarıldı  |     14:45 Apteklərdə kütləvi yoxlamalar aparıldı, ciddi nöqsanlar aşkarlandı  |     14:37 Xəzər dənizində köməksiz vəziyyətdə qalan azərbaycanlı balıqçılar xilas edilib  |     14:35 Azərbaycanda icra hakimiyyətlərindən birində KÜTLƏVİ İXTİSAR  |     14:34 Anasını hoteldə qətlə yetirən gəncə HÖKM OXUNDU  |     14:23 Rusiya səfirliyi Azərbaycana təşəkkür etdi  |     13:18 Sabahın hava proqnozu açıqlandı  |     13:04 ABŞ İrandakı əməliyyatlara milyardlarla dollar xərcləyib - Video  |     12:56 "Tələbələrə nəqliyyatda 10 faiz güzəşt oluna bilər"  |     12:50 Xəyalə Quliyeva "Maşın Şou"da qazandığı avtomobili məhkəmədə uduzdu  |     12:17 Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana gətirildi - TƏFƏRRÜAT  |     12:11 Əliyar Ağayev Azərbaycana qayıda bilmir - SƏBƏB  |     12:10 Qətər, Küveyt və Bəhreyinin hava məkanları daha 12 saat bağlı qalacaq  |     12:01 Dövlət komitəsinin məxfi şöbəsinin müdiri işdən çıxarıldı  |     11:52 Pensiya, müavinət və təqaüd alanlara ŞAD XƏBƏR  |     11:30 İran Bağdad Beynəlxalq Hava Limanı yaxınlığındakı bazanı vurdu  |     11:26 KİV: PSJ-nin qapıçısı "Sabah"a keçir  |    
Left Banner
Right Banner

"Qızıl-Baş" kafesi bağlandı

09.07.2021 21:39 666
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, İ. Zülfüqarov küçəsi 89-91 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Abıyeva Rəxşəndə Allahverdi qızına məxsus "Qızıl-Baş" kafesində yoxlama keçirilib.

AQTA-dan verilən məlumata görə, yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, sanitar-texniki və sanitar-gigiyenik qaydalara əməl olunmadığı və temperatur rejiminə riayət edilmədiyi, dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin aparılmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi müəyyən olunub. Həmçinin müəssisədə markalanmasına dair etiket məlumatları olmayan və mənşəyi məlum olmayan süd məhsulları (qatıq, şor), mal qonşuluğu prinsipinə və temperatur rejiminə riayət edilmədən saxlanılan xırdabuynuzlu heyvan ətləri və yarımfabrikatlar aşkar edilib.

Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.скачать dle 11.3
Mojo.az Banner