Mojo.az Banner
19:26 Avtomobil nömrəsini gizlətmək üçün cihaz alanları bu cəza gözləyir - Video  |     19:21 Leyla Əliyeva "Yaşıl enerji layihələri" sessiyasında çıxış edib  |     19:20 İranın ixrac qadağası: Azərbaycan bazarına təsiri nə olacaq?  |     19:08 İrandan Azərbaycana keçən Rusiya vətəndaşları Moskvaya aparılır  |     19:02 “Astara” İstirahət Mərkəzinin rəhbəri cərimələnib  |     18:46 Azərbaycanda beş icra başçısının müavinlərinin sayı azaldıldı (SİYAHI)  |     18:35 İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır  |     18:26 Sumqayıt Tibb Mərkəzinin direktoru "şəkər" dərmanı ala bilməyən xəstəni məhkəməyə verdi  |     18:09 Xəstə uşağa toplanan vəsaiti talayan şəxs saxlanıldı - Video  |     17:53 İordaniya hava məkanını açdı  |     17:40 Onlara 5 illik musiqi təhsili tələbi qoyuldu  |     17:39 “Qızıl Ay” restoranı qanunsuz reklama görə cərimələndi - 1500 manat  |     17:13 Bakıda estetik klinika 20000 manat cərimələndi  |     17:01 Deputatın şirkətinə protokol yazdı, məhkəmə işə xitam verdi  |     16:53 Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ  |     16:52 Bakıda yollardan birində nəqliyyatın hərəkəti qismən BAĞLANACAQ  |     16:43 Peyk görüntüləri İrandakı nüvə kompleksindəki dağıntıları üzə çıxardı  |     16:16 İran Qətərdə su anbarlarını vurub  |     15:57 Faciəli şəkildə ölən hərbçimizin FOTOSU  |     15:36 Şirkət rəhbəri 20 min cərimələndi - Təhsil ekspertinə görə  |    
Left Banner
Right Banner

Rusiyalı bloqer erməni aeroportundakı iyrənc mənzərədən danışdı - FOTO

09.07.2021 16:26 1 368
Rusiyalı bloqer erməni aeroportundakı iyrənc mənzərədən danışdı - FOTO
Tanınmış rusiyalı bloqer İlya Varlamov Ermənistanı ziyarət edərək xoşagəlməz şərhlər yazıb, xüsusən də Gümrü şəhərinin hava limanı ilə bağlı.

Bloqer təəssüratlarını sosial şəbəkələrdəki səhifələrində paylaşıb.

“Hər şey girişdən başlayır. Qapının ətrafında çoxlu yola salan dayanır, düz qapıda sərnişinləri və onları yola salanları ayıran növbətçi polis olur. Hansı səbəbdənsə yola salanlar aeroporta buraxılmır. Koronavirus səbəbindən düşünə bilərsiniz, amma biz Ermənistandayıq və burda hamı kovidin üstünə böyük bir erməni lavaşı “qoyub”. Qeydiyyata gedirik. Hər yerdə olduğu kimi burada da bir növbə var, amma hər dəfə növbəti kök bir erməni sanki dünyanın sahibi kimi davranaraq növbə ətrafında dolaşır və piştaxtaya tərəf gedir. Zamanla növbədə olmayanlar üçün də növbə yaranır. VIP giriş edin, girişdə qızıl qartal və ya şir qoyun – hətta aeroportun direktorunun bütün qohum-qardaşları ora gəlsin.

Təyyarəyə giriş icazəsi aldıq, pasport nəzarətinə gedirik. Bəzi xırda kobudluqları görməməyə çalışırıq. Burada kiminsə furajka və “poqon”u varsa, dərhal özünü rok ulduz kimi hiss etməyə başlayır: ətrafdakı hər kəs onu sevməli və pərəstiş etməlidir. Ancaq bunlar gözləmə zalı ilə müqayisədə əhəmiyyətsizdir! ⠀

Uzun müddətdir belə bir şey görməmişəm! Afrikanın ən geridə qalmış ölkələrində belə Gümrü hava limanındakı kimi zibil qutusu yoxdur. Bütün qablar doludur. Ayaqyolunda ancaq sovetin son dönəmlərində gördüyüm illərlə təmizlənməyən ictimai ayaqyollarından xatırladığım təsviredilməz bir atmosfer var. Ancaq ən dəhşətlisi, orada siqaret çəkmələridir!!! Fasiləsiz siqaret çəkirlər. Havalandırma olmayan kiçik bir tualetdə. Zamanla tüstü bütün gözləmə otağını bürüyür. Orada kiçik uşaqlar, körpələr var - hamı təyyarəni gözləmə müddətində tütün tüstüsü ilə nəfəs alır. Sadəcə dəhşətlidir. Zibil qutusundakı siqaret izlərinin sayına baxın! Hər kəs hər hansı bir qaydaya və ədəb normalarına tüpürüb. İnsanlar tualetin yanında siqaret çəkir, tüpürür və s.

Eniş elan edildikdə, əzablarımın bitdiyini düşünürdüm. Ancaq belə olmadı! Hava limanının işçilərindən biri təyyarəyə minişi sürətləndirməyə qərar verdi və sözün əsl mənasında insanları keçid yoluna itələməyə başladı!

Məsuliyyətlə bəyan edirəm: dünyanın heç bir yerində belə bir şey görmədim. Gümrü hava limanının direktoru qoyun otarmaq üçün dağlara göndərilməlidir, əks halda gözəl şəhərinizdəki turistləri unutmalı olacaqsınız”.скачать dle 11.3
Mojo.az Banner