Mojo.az Banner
19:01 Sabah 35 dərəcə isti olacaq  |     18:55 Azərbaycan Bolqarıstandan "Premium" benzin idxalını 20 dəfə artırıb  |     18:46 Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanıldı  |     18:41 Məkkə səmasında PUA məhv edildi - VİDEO  |     18:33 Xınalıq yolunda sürüşmə oldu - VİDEO  |     18:27 Jurnalistləri daşıyan helikopter qəzaya uğradı - Ölənlər var  |     18:20 Messi vida matçı üçün Argentina millisinə çağırıldı  |     17:57 Ramiz Mehdiyevin işində onlar da dindirilib  |     17:43 Cəlilabadda polis əməliyyat keçirdi: Saxlanılan var - FOTO  |     17:16 Badamdarda PARTLAYIŞ: Xəsarət alan var  |     17:01 Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq" - VİDEO  |     16:56 Xaricdən sifariş verənlər bunu bilməlidir: Gömrük qaydaları dəyişdi  |     16:54 Azərbaycanda hərbi rütbələrin verilməsi qaydasına dəyişiklik edilir  |     16:53 Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər  |     16:51 İcra hakimiyyətində əməliyyat zamanı saxlanılan vəzifəli şəxslərlə bağlı QƏRAR VERİLDİ  |     15:16 Hikmət Hacıyev: "Azərbaycan və BƏƏ strateji tərəfdaşdır"  |     15:11 "Kurtlar Vadisi Pusu" ilə bağlı istintaq başladı  |     15:01 Meyxanaçılar arasında insident: Balaəli həmkarına BUTULKA ATDI - VİDEO  |     15:00 Xiyar turşusundan milçək çıxdı: AQTA araşdırmaya başladı  |     14:30 ADMİU-nun birinci kurs tələbələri ilə bağlı təhdid videosu yayıldı - ARAŞDIRMA BAŞLADI  |    
Mojo.az Avto
Mojo.az Avto

Milli Məclisdə Zəngəzur müzakirəsi: “Ora Azərbaycana qaytarılmalıdır”

09.07.2021 14:27 765
Milli Məclisdə Zəngəzur müzakirəsi: “Ora Azərbaycana qaytarılmalıdır”
“Bəzi şəxslər sosial şəbəkələrdə yazırlar ki, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" imzaladığı fərman Ermənistana qarşı ərazi iddiasıdır. Mən bunu qətiyyən rədd edirəm”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin deputatı Tahir Kərimli parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O qeyd edib ki, eyni fikirləri Ermənistan və onların havadarları deyir.

Deputat Fəzail Ağamalı isə bildirib ki, Zəngəzur Azərbaycanın tarixi torpağıdır: “Bizim ora iddiamız var. 1921-ci ildə Zəngəzur bölünərək Ermənistana qeyri-qanuni olaraq verilib. Təkcə Zəngəzur yox, İrəvan da, Dərələyəz də Azərbaycanın tarixi torpağıdır. Niyə ermənilər heç öz ərazisi olmayan yerlərə iddia edir, böyük Ermənistan xülyasıyla yaşayırlar? Biz isə tarixi torpaqlarımıza iddia edəndə kimdənsə çəkinməliyik?! Kimsə desə iddia edirsən?! Yaxşı edirəm. Yaxşı edirik. Biz öz tarixi torpaqlarımıza iddialıyıq və bu torpaqlar gələcəkdə Azərbaycana birləşdirilməlidir”.

Milli Məclis sədrinin müavini Fəzail İbrahimli qeyd edib ki, Zəngəzur Ermənistana o vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarı ilə verilib: “Yazıq Nəriman Nərimanovu buna məcbur etdilər. Burada əsas məsələ Azərbaycan torpağının Ermənistana verilməsi deyildi, türk xəttinin qırılması idi. Altay Qazaxıstandan alındı. Bu sonuncu qərarla türk dünyasının xətti qırıldı. Ona görə də bu məsələ Qarabağın alınması qədər mühüm əhəmiyyət kəsb edir. Çünki bu vahid türk xəttinin bərpası deməkdir”.скачать dle 11.3
Mojo.az Banner