Mojo.az Banner
22:59 Etna vulkanının püskürməsi: İtaliyanın Kataniya aeroportu yenidən uçuşları dayandırıb - FOTO - VİDEO  |     22:50 Azərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? - AÇIQLAMA  |     22:44 Pəhriz saxlayanlar diqqətli olsun  |     22:39 Netanyahu Nyu-Yorka səfər edəcək  |     22:32 Xalq artisti oğluna toy edir - VİDEO  |     22:21 İrandan paraplanla 65 kiloqram narkotik keçirilməsinin qarşısı alındı  |     22:13 Paytaxtın bu hissəsində təmir işləri tamamlandı  |     22:05 Natiq Cəfərli: "220 manat alanların ödənişi artırılmalıdır"  |     21:59 Sabah saat 10:00-dan qaz olmayacaq - bu ərazilərdə  |     21:51 Putinin xüsusi təyyarəsinin sirri: İçərisində nələr var?  |     21:45 Toylarında taxılan qızıllar gündəm oldu: "Vanlı Kara Haydar"ın həyat yoldaşı da həbs edildi  |     21:36 "Sabah" "Şəfa"ya qalib gəldi  |     21:27 Qardaşını həyat yoldaşına qısqanıb öldürdü: Xasay Quliyevə ağır cəza  |     21:19 "Sülh Körpüsü" Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pisləyib  |     21:01 DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?  |     20:41 DTX-dən əməliyyat: Azyaşlıları dini ayinlərə cəlb edən şəxs saxlanıldı  |     20:33 Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır  |     20:23 “Sovetski”də söküntü ərazisindən meyit tapıldı  |     20:16 "Neftçi" Elvin Camalov ilə yollarını ayırdı - RƏSMİ  |     20:05 Azərbaycanda İLK: Dövlət qurumlarında İŞ REJİMİ DƏYİŞİR  |    
Mojo.az Avto
Mojo.az Avto

Paşinyanın istefasını tələb edən general işdən çıxarıldı

08.07.2021 19:14 723
Paşinyanın istefasını tələb edən general işdən çıxarıldı
Ermənistan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandiri general-mayor Qriqori Xaçaturov vəzifəsindən azad edilib.

Bununla bağlı müvafiq sərəncamı Prezident Armen Sarkisyan imzalayıb.

Prezidentin Mətbuat Xidməti qərarın Baş nazir Nikol Paşinyanın təklifi əsasında qəbul edildiyini təsdiq edib.

Qeyd edək ki, bu ilin fevral ayında Q. Xaçaturov açıqlama yayaraq Baş Qərargahın Baş nazir Nikol Paşinyanın istefası tələbini dəstəkləmişdi. Daha sonra o, bəyanatla çıxış edərək Paşinyan hökumətinin istefaya getməsini tələb etmişdi.

Xatırladaq ki, Qriqoru Xaçaturov KTMT-nin keçmiş Baş katibi, Ermənistan Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi general polkovnik Yuri Xaçaturovun oğludur. O, Azərbaycan-Ermənistan sərhədinə Qazax rayonundan Daşkəsən rayonuna qədər olan istiqamətə nəzarət etmiş Ermənistan ordusunun 3-cü korpusunun komandiridir. Ötən ilin iyul ayında Tovuz istiqamətində Ermənistan ordusunun törətdiyi təxribatlar daxil olmaqla, bu ərazilər boyunca əvvəllərdə baş vermiş bir sıra təxribat-diversiya cəhdləri, yaşayış məntəqələrinin intensiv atəşə tutulması Qriqori Xaçaturovla əlaqələndirilir.

Q. Xaçaturov hələ 2016-cı il iyulun 7-də eks-Prezident Serj Sarkisyan tərəfindən korpus komandiri təyin olunmuşdu. Təyin olunduğu ilk gündən Qriqori Xaçaturov Qazax-Tovuz rayonları istiqamətində gərgin situasiya yaratmış, yaşayış məntəqələrinə atəşi intensivləşdirmişdi. /Qafqazinfoскачать dle 11.3
Mojo.az Banner