Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Tokio-2020: Yaponiyada fövqəladə vəziyyət elan olundu

08.07.2021 15:48 1 071
Tokio-2020: Yaponiyada fövqəladə vəziyyət elan olundu
Tokio-2020 Yay Olimpiya Oyunları öncəsi Yaponiyada fövqəladə vəziyyət elan olunub.

Bu qərar ölkədə koronavirusa yoluxma hallarının artması ilə bağlı qəbul edilib.

Fövqəladə vəziyyət avqustun 22-dək davam edəcək.

Bu isə o deməkdir ki, olimpiada sərt karantin rejimi şəraitində keçiriləcək. Beynəlxalq Olimpiya Komitəsi (IOC) hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Qeyd edək ki, pandemiya səbəbindən bu ilə təxirə salınan Tokio-2020 23 iyul - 8 avqustda olmalıdır.

Son xəbərlər