Mojo.az Banner
12:26 Bazarlarda bütün açıq məhsullar etiketlənəcək – FOTO  |     12:18 Yaxın Şərqdəki gərginlik fonunda dünya bazarında neft bahalaşır  |     11:49 Sərxoş halda 150-dən çox qoyunu oğurlayan şəxs anlaqsız sayıldı - MƏHKƏMƏ  |     11:37 Venesuelada zəlzələ qurbanlarının sayı 5000-ə çatıb  |     11:17 Azərbaycanda qaz ödənişləri ilə bağlı YENİLİK  |     23:14 ABŞ İrana qarşı növbəti zərbələr dalğasına başlayıb  |     22:42 Konfrans Liqası: “Zirə” ikinci təsnifat mərhələsinə yüksəlib  |     22:26 Pərvin Lətifovun anası faciəvi şəkildə vəfat etdi  |     21:51 Odessa yaxınlığında həlak olan gəmi kapitanının nəşi tapılıb - XİN  |     21:20 Məlumatlarımız təhlükə altında - Bu trendlər nə üçün yaradılır?  |     21:13 İyulun ortasında şaxta və qar: Meteoroloqlar rekord temperatur qeydə aldı  |     21:08 Flora Kərimovanın səhhəti necədir?  |     21:00 Dövlətə 8 milyon manat borcu olan inşaat şirkəti auditdən yayınır  |     20:55 "Kəpəz"dən yeni transfer  |     20:49 Prokurorluq əməkdaşı intizam tənbeh tədbiri qismində vəzifədən azad olunub  |     20:43 Bakıda 6909 cinayət törədilib  |     20:35 İcra başçısı Qusarda keçirilən antiterror əməliyyatından danışdı  |     20:30 Kəlbəcərdə çaya düşən 11 yaşlı uşağın meyiti tapıldı  |     20:23 Qubada qadını tok vurub öldürdü  |     20:18 Antibiotik vurulan 5 aylıq hamilə qadın öldü - Araşdırma aparılır (YENİLƏNİB)  |    
Left Banner
Right Banner

Kaxaber Tsxadadze: "Səfər oyununda yeni qaydadan yararlanmağa çalışacağıq"

07.07.2021 23:02 1 113
Kaxaber Tsxadadze:
"Hər zaman oyundan sonra analiz etmək çətin olur. Lakin üstünlük bizdə idi, təəssüf ki, nəticə əksinə oldu. İkinci qolda diqqətsizlik oldu. Birinci hissədə futbolçularımız gözəl işlədilər. Yeni qaydalara əsasən, ev və səfər qolları önəm daşımır. Ona görə cavab görüşündə lazımi nəticəni əldə edəcəyimizə ümid edirəm. Bütün fikirlər qələbəyə yönəlməlidir".

"Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu "Dinamo"nun baş məşqçisi Kaxaber Tsxadadze Gürcüstan paytaxtında "Neftçi"ya 1:2 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk görüşündən sonra mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis bildirib ki, yerli bazardakı bütün futbolçular məşğuldurlar. Amma legioner cəlb etməkdə problemlər var: "Onlar xəyanət etdilər. Biz o səviyyəyə çatmışıq ki, yaxşı oyunçular axtarmalıyıq. Sıx qrafiklə oynamağımız bugünkü oyuna da təsirsiz ötüşmədi. Komandamız uduzmamağa layiq idi. Azarkeşlər etirazlarında haqlı idilər. Amma onlar da bugünkü vəziyyəti anlamalıdırlar".

Tsxadadze futbolçularının bəzi epizodlarda tələsdiklərini və bunun da nəticəyə təsirini göstərdiyini söyləyib: "Birinci hissə planlı şəkildə gedirdi, tapşırıqlar icra olundu. Təəssüflər olsun ki, “Neftçi”nin ikinci qolundan sonra komanda tələsirdi. İlk yarıda isə qol buraxsaq da tələsmirdik, bunun da nəticəsində qol vurduq. İkinci yarıda isə futbolçularım düşünürdü ki, vaxt azdı, qol vurmalıyıq. Bunu etməməli idilər. Qol epizodları var idi, lakin lazımınca istifadə edə bilmədik. Səbəb bəlkə bu idi ki, tələsdilər. Tələsməsəydilər, nəticə fərqli olardı. Bəzi oyunçularda onlarda olan resrulardan sona kimi xərcləməlidilər. Digər oyunçuları 65-ci dəqiqədə dəyişdik. Çünki fiziki durumları yaxşı deyildi. Amma əsas odur ki, istədiyimiz nəticə olmadı. “Neftçi”nin də zəif nöqtələrini öyrənib istədiyimizə çalışacağıq".

Baş məşqçi "Neftçi"nin qapıçısı Aqil Məmmədovun da uğurlu çıxışını vurğulayıb: "Üstün oyunla rəqibin cərimə meydançasına bir neçə dəfə daxil olduq. Lakin "Neftçi"nin qapıçısı bir neçə epizodda gözəl oynadı. Hücumlarımızı son anda tamamlaya bilmədik. Rəqib təcrübəli oyunçulara malik idi. Onların heyətində legionerlərin çoxluğu önəm daşımırdı. Emin Mahmudov və Namik Ələskərovun çıxışını da qeyd edərdim".

Qeyd edək ki, iyulun 14-də "Bakcell Arena"da keçiriləcək cavab görüşü saat 21:00-da başlanacaq.скачать dle 11.3
Mojo.az Banner