Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Şöbə rəisi təyin edilən ekspertiza müddətindən şikayətlərlə bağlı DANIŞDI

07.07.2021 17:25 720
Şöbə rəisi təyin edilən ekspertiza müddətindən şikayətlərlə bağlı DANIŞDI
Məhkəmə ekspertiza müddətlərinin dəqiqləşdirilməsi məsələsi yeni fərmanda öz əksini tapıb.

Bu sözləri Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Elmi-tədqiqat və metodiki iş şöbəsinin rəisi Hümmət Vəliyev deyib.

H.Vəliyevin sözlərinə görə, istər cinayət, istərsə də mülki məsələlərdə işin baxılması müddəti prinsipial məsələdir:

“İş iştirakçılarının ən çox şikayətinə səbəb olan məqam budur. Əvvəlki qanunvericilikdə Cinayət Prosessual Məcəlləyə görə, ekspert rəyinin verilməsi üçün 1 aya qədər müddət təsdiq edilmişdir. Lakin digər qanunvericilikdə bu normalar konkret göstərilməmişdir. Yəni, Mülki Prosessual Məcəllədə sonuncu dəyişikliklərə qədər ekspert rəyinin verilməsi müddəti ekspertizanı təyin edən hakimin səlahiyyətlərinə verilmişdi. Bu da ilkin mərhələlərdə müəyyən çətinliklər yaşatmışdır.

Məsələn, hakim ekspertizanın icra müddətini 20 gün təyin edir. Əslində hakim istəyər ki, ekspertiza rəyini tez əldə etsin və işə tez baxılsın. Lakin, təyin edilən ekspertiza xüsusi bilik tələb etdiyindən hakim bu tədqiqatın müddətini öncədən dəqiq bilə bilməz. Mülki Prosessual Məcəllədə ekspertiza rəyinə dair məsələlər bir çox hallarda praktikada özünü doğrultmadı. Yeni qanunvericilikdə bütün iş prosesləri üzrə müvafiq qaydada ekspertizanın keçirilməsi və rəy verilməsi üzrə konkret müddətlər təyin edildi. Bu, mütərəqqi addımdır. Bununla vətəndaş hüquqlarının etibarlı qorunması təmin edildi.

Mülki işlər üzrə Mülki Prosessual qanunvericilikdə ümumi olaraq 1 ay müddət müəyyən edilib, lakin müəyyən istisnalar var. Bu da məcəllənin öz normalarından irəli gələn məsələdir. Mülki Prosessual Məcəllənin 172.2 maddəsi ilə nəzərdə tutulan işlərə baxılma müddəti minimum olduğu üçün ekspertizanın müddəti 1 ay deyil, 10 gündən gec olmayaraq müəyyən edilib”.

H.Vəliyev bəzən sadalanan işlər üzrə ekspertiza təyini ilə bağlı qərarda müddət göstərildiyi təqdirdə proses iştirakçısına həmin müddət ərzində cavab verilmədikdə bildirilən narazılıqlara da cavab verib:

“Qanunvericilikdə bu müddətlər nəzərdə tutulmaqla yanaşı, təyin edilən ekspertiza üzrə aparılan tədqiqatın mürəkkəblik dərəcəsindən asılı olaraq müddətin dəyişməsi də var. Hər hansı mülki iş üzrə 30 günədək ekspertiza təyin edilirsə, bəzən mütəxəssislər proseslərə onlardan asılı olmayan səbəblərdən vaxtında baxış keçirə bilmədikləri üçün qeyd edilən zamanda proses tamamlanmır. Digər nüans isə ekspert qarşısına qoyulan tələblər və onların yoxlanılmasının müəyyən zaman almasıdır. Bu səbəbdən qanunvericilikdə aparılan tədqiqatların mürəkkəblik dərəcəsindən asılı olaraq ekspertiza müddətinin uzadılması ilə bağlı Məhkəmə Ekspertizası İdarəsinin rəhbəri tərəfindən onu təyin edən orqana yazılı məlumat göndərilir. Məlumatda müddətin uzadılması ilə bağlı təklif qeyd edilir, həmin təklif razılaşdırıldıqdan sonra ekspertizanın yenidən konkret müddətinə əməl edilməsi əsas götürülür”.


//oxu.az

Son xəbərlər